İnternetŞəbəkə

WhatsApp’da yeni dövr | Görüntülü danışma xüsusiyyəti əlavə edildi

1.03Kviews

Facebook iki il öncə satın aldığı məşhur mesajlaşma proqramı WhatsApp’a video danışıq xüsusiyyətini əlavə edib.

1 milyarddan çox istifadəçisi olan tətbiqə gətirilən görüntülü danışma xüsusiyyəti də eynilə mesajlaşma kimi “ucdan uca şifrələmə” texnologiyası ilə işləyəcək.

Bu da video danışığın təqibini “texniki olaraq qeyri-mümkün” edir.

IOS, Android və Microsoft əməliyyat sistemli cihazların hamısında istifadə edilə biləcək yeni xüsusiyyət, 180 ölkədəki istifadəçilərə mərhələ mərhələ təqdim olunacaq.

Xatırladaq ki, keçmiş Yahoo üzvləri Jan Koum və Brian Acton tərəfindən 2009-ci ildə qurulan WhatsApp, 2014-ci ildə Facebook tərəfindən 19 milyard dollara satın alınmışdı.