İnternet

Whatsapp bu yeniliklə platformada yeni dönəmə start verir

Whatsapp
731views

Whatsapp da nəhayət ki, Instagram və Snapchat-da gördüyümüz “Hekayələr” xüsusiyyətini istifadəçilərinin istifadəsinə təqdim etməyə hazırlaşır.

Xatırlayacaqsınız ki, bundan təxminən bir həftə əvvəl Whatsappın beta “Vəziyyətim” adlı yeni bir xüsusiyyəti təqdim olunmuşdu. Bu yeni xüsusiyyətin isə eynilə Snapchat və Instagramdakı “Hekayələr” xüsusiyyəti kimi istifadə ediləcəyi iddia edilmişdi. Görünüşə görə elə də olacaq.

Bu gün gələn hesabatlara görə Whatsapp, Snapchat tərzi “Hekayələr” xüsusiyyətini iOS, Android və Windows Phone istifadəçiləri üçün bu gündən başlayaraq yayımlamağa başlayır. Whatsapp yəqin ki, ilk olaraq hər platformadakı məhdud sayda istifadəçiyə bu xüsusiyyəti təqdim edərək, qısa bir test prosesi üçün gözləyəcək, sonra isə xüsusiyyət bütün istifadəçilər üçün dərc olunacaq.

Whatsappa əlavə olunan “Vəziyyətim” butonu ilə idarə olunan bu xüsusiyyətdə istifadəçilər, gündəlik vəziyyətini göstərən video, GIF, fotoşəkil əlavə edəcəklər. Bununla yanaşı əlavə etdiyiniz paylaşımlara fərqli emojilər, yazılar əlavə edə biləcəksiniz. Bütün bu paylaşımlar isə 24 saat sonra silinəcəkdir.

Whatsappın başdan-sonra qoruma sistemi tərəfindən qorunacaq olan “Vəziyyətim” xüsusiyyəti, platformaya bir az da hərəkət və rəng qatacaq kimi görünür.