İnternetMobil

Whatsapp, ən vacib xüsusiyyətinin testlərinə başladı

705views

Whatsapp, səhv adama göndərdiyiniz məktubları silmə xüsusiyyətini test etməyə başladı.

Ən çox üstünlük verilən mesajlaşma tətbiqi Whatsapp, yeniləmələr ilə yeni üstünlüklər qazanmağa davam edir. Son ortaya çıxan məlumatlar və ekran görüntülərinə görə Whatsapp indi də mesajları tək kliklə silməyi test etməkdədir.

Whatsapp, ən vacib xüsusiyyətinin testlərinə başladı.
Whatsapp, ən vacib xüsusiyyətinin testlərinə başladı.

Səhv göndərilən mesajları silmə xüsusiyyəti əslində uzun bir müddətdir ki, gözlənilir. Anlaşılan odur ki, bu yaxında yayımlanacaq olan yeniləmə ilə yanaşı bu xüsusiyyət də Whatsappa daxil ediləcək.

Yeni xidmətə əsasən göndərilən mesajları silmək mümkün olacaq.
Yeni xidmətə əsasən göndərilən mesajları silmək mümkün olacaq.

Danışıq zamanı göndərdiyiniz mətn və ya media fayllar bir bazada toplanacaq, bu mərhələdən sonra mesaj və ya media faylını göndərən adam istədiyi kimi göndərdiyi faylı və ya mesajı silə biləcək. Ən vacib detal isə mesajı qarşı tərəfin görüb-görməməsidir. Belə ki, səhv adama göndərdiyiniz mesaj görülmədən, qısa müddət ərzində silmək mümkün olacaqdır. Ancaq, görünən mesajlar üçün də eyni vəziyyət etibarlıdır. Yəni mesaj oxunduqdan sonra da silinə bilinəcək.

Ekran görüntüləri, Whatsappın iOS 2.17.1.869 kodlu beta variantından alınıb. Ancaq yeniləmənin nə vaxt yayımlanacağı isə hələlik bilinmir.