Dünya

Washington Post qəzetinin xətası utandırdı

Washington Post qezetinin sehvi
257views

ABŞ-da dünən Washington Post qəzetinin pulsuz paylanan Express versiyasının 150 min nəfərlik qadın yürüyüşü xəbərində qadın yerinə kişi simvolu istifadə edilib.

“Kütləvi yürüyüş üçün təvazökar başlanğıc” ifadələrinin olduğu üz qabığı, ictimai media istifadəçiləri tərəfindən dərhal fərq edilib.

Səhvin dəqiqləşməsinin ardından qəzet Twitter hesabından üzr istəyib.

Qəzet Twitter’da, “Bu səhərki xəbərimizdə bir səhv etmişik və bundan utanırıq. Qadın simvolu yerinə kişi simvolu istifadə etmişik” deyə açıqlama verərək düzgün olan səhifəni paylaşıb.

yaaz.az Washington Post qezetinde sehv