Məşhurlar

Vogue-nin ərəb dilli ilk qapaq ulduzu olan Gigi Hadid’ə sərt reaksiyalar göstərilib

Gigi Hadid
262views

Vogue-nin ərəb dilli ilk qapaq ulduzu olan Gigi Hadid’ə sərt reaksiyalar göstərilib.

Məşhur moda jurnalı Vogue-nin Ərəb dilində versiyasının ilk sayında qapaq ulduzu olan Fələstin əsilli Gigi Hadidə sosial mediada sərt reaksiyalar göstərilib. 21 yaşındakı model, başörtüsünü dəb faktoru kimi istifadə etməyə görə tənqid edilib.

Səudiyyə Ərəbistanı Şahzadəsi Deena Aljuhani Əbdüləzizin idarəçiliyində yayım həyatına başlayan Vogue Ərəbcə versiyası Vogue Arabia, ilk qapağında Gigi Hadidə yer verdi. Hadid, başında nazik tül bir örtük ilə poza verdiyi qapaq fotosunu Instagram hesabında paylaşıb.


“Vogue-nin beynəlxalq mətbəələrdə çıxması dəb dünyası üçün fərqli mədəniyyətləri bölüşmək və birləşmək üçün çox əhəmiyyətlidir” deyən Hadid, paylaşımında “Yarı-Filistinli biri kimi Vogue Arabianın ilk qapağında yer almaq mənim üçün dünyalara əvəzdir” ifadələrində olarkən, sosial media istifadəçiləri gənc modeli tənqid yağışına tutublar.


Qapaq fotoları bəyənilsə də, bəzi Instagram izləyiciləri jurnalın qapağında Ərəb modellərin yer alması lazım olduğunu bildiriblər. Aparılan bəzi şərhlərdə isə, Hadidə “Yalnız işinə gələndə Fələstinli olursan”, “Heç Fələstin problemləri ilə bağlı danışırsan?”, “Hicabı dəbə uyğun göründüyü üçün bir cərəyan kimi istifadə etməkdən əl çək” deyilib.

Anası Hollandiya doğumlu Yolanda Hadid olan olan modelin atası isə Fələstin əsilli Mohamed Hadiddir.


Gigi Hadid, daha əvvəl də sevgilisi Zayn Maliklə münasibəti barədə danışarkən tənqid olunmuşdu. Hadid, Gulf Magazinee verdiyi müsahibədə “Bir Fələstinli ilə tanış olanda aramızda maraqlı bir bağ yaranır. Kişi dostum da yarı Yaxın Şərqlidir. Bu, aradakı münasibəti daha da möhkəmləndirir.” demişdi.


Ancaq izləyiciləri, Zayn Malikin vətəni olan Pakistanı Yaxın Şərqdə deyil, Cənubi Asiyada yer aldığını xatırlatmışdılar.