Dünya

Vatikandan kremasiya ilə bağlı yeni qərar

158views

Dünyanın Katolik mərkəzi Vatikan, ölülərin yandırılması (kremasiya) ilə bağlı bəzi yeni açıqlamalar edib.

Açıqlamada bildirilir ki, ölülərin cəsədindən əldə edilən küllərin torpağa, havaya və dənizə atılması yol verilməzdir. Həmçinin yandırılan insanın küllərini saxlamaq və ya onları hansısa zinət əşyasınsa çevirmək də dinin şərtləri ilə uyğun gəlməməkdədir.

yaaz.az photo

Kardinal Gerhard Mueller məsələ ilə bağlı, “İnsanların külləri məzarlıqlarda, kilsələrdə və bu məqsəd üçün birləşmiş xüsusi müqəddəs yerlərdə qanunlar çərçivəsində qorunmalıdır. Son zamanlar dinin qanunları ilə uyğunlaşmayan tətbiqlərin yayılması bizi belə bir açıqlama verməyə məcbur edir” şəklində ifadəsində bildirib.