Səyahət

Varlı Ərəb turistlərin yeni səyahət ünvanı : Manchester

648views

İngiltərənin Times qəzeti, son vaxtlar Manchester şəhərinə gələn varlı Ərəb turistlərin sayının artığını yazıb.

Xəbərə əsasən Manchester artıq Ərəb turistlərin marağı baxımından paytaxt London ilə rəqbət edə biləcək dərəcəyə çatıb.

Manchester’in alış-veriş mərkəzləri, lüks otelləri və yağmurlu havası ilə Ərəb turistləri cəlb etdiyi bildirilir.

Qəzet, son illərdə Manchester’a körfəz ölkələrindən uçuşların sayınının da artığını açıqlayıb. Hal hazırda 1 həftədə Manchester’a Dubai’dən 21, Abu Dabi’dən 14, Doha’dan 14 , Cidde’den 5  bir başa uçuş səfərləri həyata keçirilməkdədir.

2010-cu ildə Səudiyyə Ərəbistan’dan şəhərə gələnlərin sayı 16 min 348 nəfər idisə, 2015-ci ildə bu rəqəm artaraq 40 min 151 nəfərə çatıb.

Times Ərəb Əmirliklərin’dən gələn bir turistin orta hesabla 1077 sterlinq xərclədiyini bildirir.

Olduqca maraqlı məlumatlardan biri isə, ərəb turistlərin aldıqları əşyalar üçün oteldə ayrıca bir otaq tutmasıdır.

Qəzet, Şeyx Mansur bin Zayed El Nahyan’ın 2008-ci ildə Manchester City futbol klubunu almasının ardından, komandaya milyonlarla sterlinq yatırdığını və bunun da şəhərə qarşı olan marağın artmasında xüsusi rol oynadığını bildirib.