Maraqlı

Vanqanın Azərbaycan haqqında dedikləri

Vanqa
1.63Kviews

Yəqin ki, Vanqa haqqında çox söz eşitmisiniz və onun kəhanətləri barədə də reallığı əks edən hadisələrin yaşandığını bilirsiniz.

Müharibə dövrlərində, Qarabağ döyüşləri zamanı Azərbaycandan gedən jurnalistlərə danışan Vanqa, həmin dövr və gələcək üçün bəzi proqnozlar vermişdi. Təbii ki, bu video və materiallar barədə internetdə 10-larla səhifədə tanış olmaq mümkündür. Lakin xatırlatma və yenidən nəzər salmaq üçün bildirək ki, Vanqa həmin zaman jurnalistlərə aşağıdakı sözləri demişdi:

“Siz çoxlu qan olan ölkədən gəlmisiniz. Uşaqların ağlamağını eşidirəm, öz gəlinliklərini yandıran qızlar görürəm. Geri çəkilin. Siz tale ilə sizə qismət olmayacaqlar uğrunda mübarizə aparırsız. Məğlub olacaqsız. Bu hələ başlanğıcdır. Bədbəxtlik gətirən qızıl görürəm. Bütöv xalq zəncirdədir. Onlar heç nəyi unutmayacaq. Daha 30 il keçsin, onlar dözəcək lakin təslim olmayacaqlar. Sonra onlara öz torpaqlarının sahibi olmaq qismət olacaq və o zaman onları zəncirləyən hər şey ömürlük yoxa çıxacaq. Xeyir qalib gələcək və insanlar xoşbəxt yaşayacaqlar.”

Vanqa: 30 may 1993-cü il.

Vanqanın kəhanətinə inansaq, müsahibənin 1993-cü ildə verildiyini də nəzərə alsaq, 6 il sonra 2023-cü ildə xeyirin qalib gələcəyini və insanların öz torpaqlarına sahib olacaqlarını deyə bilərik. Təbii ki, bunlar bir ehtimaldır və nə dərəcə reallığı əks etdirdiyini demək çətindir.

Vanqanın öngörümləri:

Təbii ki, onun bütün öngörümləri haqda danışmaq mümkün deyil. Təsəvvür edin ki, Vanqa fenomenininin tədqiqatçısı professor Rozanov belə olaylardan 7 minini toplayıb. Ancaq hamıya tanış olan bir neçə məşhur öngörüm və bu deyimləri yozan tədqiqatçıların, həmçinin şahidlərin açıqlamalarından nümunələrlə Vanqanın qabiliyyəti barədə kifayət qədər təsəvvür oyatmaq mümkündür.
1942-ci ildə Vanqa Bolqar çarı III Borisə deyir: “Sənin hakimiyyətin genişlənəcək. Ancaq özünü 28 avqust tarixli günə hazırla”. 28 avqust 1943-cü ildə Bolqar çarı Boris vəfat etdi.
1968-i ilin yanvar ayında Vanqa deyir: “Praqanı xatırlayın. Praqa tezliklə akvariuma dönəcək, sərsəmlər burada balıq tutacaqlar. Bəli, bəli, məhz belə də olacaq”. 1968-ci ilin avqustunda Sovet qoşunları Çexoslovakiyaya girdi.
1989-cu ildə Vanqa xəbərdarlıq edir: “Qorxu, qorxu! Amerikalı əkiz qardaşlar onlara tuşlanmış dəmir quşların təsirindən yıxılacaqlar. Günahsız insan qanı axacaq”.
2001-ci ildə terrorçuların təyyarələrlə hücumundan sonra Amerikada Dünya Ticarət Mərkəzinin “əkiz bina”sı dağılır, xeyli günahsız insan tələf olur.
1990-cı ilin əvvəlində Rusiyada siyasi çəkişmələr dövründə Vanqa deyir: “Hamı elə bilir ki, onun Rusiyada mövqeləri hələ güclüdür. Ancaq hakimiyyətə ən az səs toplayanlardan biri gələcək”. Həqiqətən, bir neçə aydan sonra heç kimin gözləmədiyi halda Rusiyada hakimiyyətə Boris Yeltsin gəlir.
1980-ci ildə Vanqa atom qorxusundan bəhs edir: “Kiyev yaxınlığında böyük bir partlayış olacaq. İnsanlar bu partlayışdan illərlə əziyyət çəkəcəklər”. Bir neçə il sonra bütün dünyanı dəhşətə gətirən Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi.
Bu öngörümdən sonra isə çoxları qoca görücünün ağlını itirdiyini düşünürdülər: “Əsrin axırında, ya 1999, ya da 2000-ci ildə Kursk su altında qalacaq və bütün dünya ona matəm tutacaq”. Bəli, insanlar Kursk kimi bir şəhərin su altında qalacağı barədə deyilənə bir az da istehza ilə yanaşmışdılar. Ancaq düz 20 il sonra Rusiyanın “Kursk” atom sualtı gəmisi həqiqətən su altında qaldı…