Dəb & Tərz

Üzüklərin mənası

4.63Kviews

Psixoloqların araşdırmalarına görə, üzüyün hansı barmağa taxılması insanı tanımaq üçün əsas verir.

Bununla bağlı qədim sivilizasiyaların da öz fikirləri, müşahidələri olub.

image

image

 


Qədim misirlilərin inancına əsasən, aşiqlər üzüyü adsız barmağa taxmalı idi, çünki sevgi arteriyasi məhz bu barmaqdan başlayaraq ürəyə gedir.


Möhkəm ailə bağlarının rəmzi kimi Qədim Romada nikah zamanı evlənənlər bir-birinə dəmirdən və ya misdən hazırlanmış üzük bağışlayırdılar.Qızıl üzüklər isə yalnız 3-4-cü əsrlərdən hazırlanır.

 

image

Şəhadət barmağa taxılan üzük sahibinin iradəli təbiətindən,hökmündən xəbər verir. Bu barmağa üzüyü İvan Qroznı, Yuli Sezar kimi hökmdarlar taxıblar.

image

Orta barmağın xüsüsi mənəvi ağırlığı var, meditasiya ilə məşğul olan adamlar adətən üzüyü bu barmağa taxırlar. Nəsildən nəslə ötürülən ailə yadigarı üzüyün də məhz bu barmağa taxılması adətdir. Diqqət cəlb etmək istiyənlər də üzüyü ən çox orta barmaqda gəzdirirlər.

image
Qədim zamanlardan baş barmağa üzük taxmaq adətən kişilərə xas olub. Mütəxəsislərin qənayətinə görə, çılqın və aqressiv adamlar üzüyü məhz bu barmağa taxmaqla hirsini cilovlamağa müvəffəq ola bilərlər.

image

Qadın jurnallarının gəldiyi qənaətə görə, çeçələ barmağa çox vaxt yaradıcı insanlar – modelyer, aktyor, rəssamlar üzük taxır. İncəsənət sahəsinə aidiyyatı olmayan insan üzüyü məhz çeçələ barmağına taxirsa, demək ki, o, çox sərbəstxarakterli, komplekssiz insandır.

image

Üzük seçimi də xüsusi diqqət və zövq tələb edir. Dairəvi və uzunsov daşlarla bəzədilmiş üzüklər əli incə göstərir. Bəstəboy xanımlara enli, iri qaşlı üzüklər taxmaq məsləhət görülmür.

image

Üzüyün hansı metaldan hazırlandığına da seçim zamanı diqqət yetirmək vacibdir. Baş barmağa mis, şəhadət barmağa qızıl və ya qalay, orta barmağa dəmir, adsız barmağa qızıl, çeçələ barmağa isə gümüşdən hazırlanmış üzük taxmaq məsləhətdir.

image