Sağlamlıq

Uşaqların diş sağlamlığı üçün 7 əsas qayda

1.13Kviews

Uşaqlara ağız, diş sağlamlığının əhəmiyyətini və bunun üçün nələr etməsi lazım olduğunu hələ kiçik yaşlarda ikən izah etmək lazımdır. Diş fırçalama vərdişini sevdirmək və diş həkimi ilə tanış etmək üçün erkən yaşlar böyük əhəmiyyət daşımaqdadır.

Mütəxəssislər bildirirlər ki, diş həkimi ilə daim təmasda olmaq uşağın yaşaya biləcəyi diş müalicəsi qorxusunu azaldır. 3 yaşından etibarən uşaqların dişlərinə diqqət yetirmək və ehtiyac duyularsa müalicəyə başlamaq məsləhət olunur.

yaaz.az uşaqlarda diş problemleri

“Sağlamlıq ağız boşluğundan başlayır” deyən mütəxəssislərin valideynlərə ilkin mərhələdə təklif etdiyi bir çox tövsiyyələr var.

Bu siyahıya daxil olan əsas 7 təklifə nəzər salaq.

yaaz.az uşaqlarda diş problemleri

1. Uşaqlar gündə 2 dəfə diş fırçalama vərdişinə yiyələnməlidirlər.

2. 3 yaşından etibarən uşaqların diş həkimi ilə tanış olması, onlarda həkimə olan güvəni artırır.

3. Valideynlər daim uşağın dişlərində yarana biləcək problemlərə nəzarət etməlidirlər.

4. 6 ayda bir diş həkimi müayinəsindən keçmək, yeni çürüklərin meydana gəlməsinin qarşısını ala bilər.

5. Süd dişlərindəki çürüklərə də laqeyd yanaşmaq olmaz, onların da müalicəsi aparılmalıdır.

6. Dişlərdə müşahidə olunan çatlara qarşı da müəyyən tədbirlər görülməlidir.

7. 6 yaşından etibarən uşaqlar Ortodontist müayinədən (dişlərdə ‘bracket’ə ehtiyac olub olmaması ilə bağlı müayinə) keçməlidirlər .

yaaz.az uşaqlarda diş problemleri