Digər İdman

Usain Bolt 6-cı dəfə yenidən mükafata layiq görüldü

94views

Beynəlxalq Atletizm Federasiyaları Birliyi (IAAF) tərəfindən verilən ‘İlin Atlet Mükafatı’na kişilərdə Yamaykalı Usain Bolt, qadınlarda isə Efiopiyadan Almaz Ayana layiq görüldü.

IAAF’dan edilən açıqlamada, kişilər üzrə daha əvvəldən təyin olunan 3 namizəd arasında iştirak edən Böyük Britaniyalı Mo Farah və Cənubi Afrikalı Wayde van Niekerk‘i geridə buraxan, 100 və 200 metr üzrə dünya rekordçusu atlet, yamaykalı Usain Bolt, 6-cı dəfə bu mükafatın sahibi olduğu bildirilib. Xatırladaq ki, Bolt, Braziliyanın Rio de Janeiro şəhərində təşkil edilən 2016 Olimpiya Oyunlarında 100 və 200 metrdə qızıl medal əldə etmişdi.

Qadınlarda isə Efiopiyalı atlet və uzun məsafə üzrə qaçışçı Almaz Ayana, polşalı çəkic atıcı Anita Wlodarczyk və yamaykalı atlet Elaine Thompson bu ilin ən yaxşı atleti mükafatına layiq görülüblər.

Ayana, 2016 Olimpiya Oyunlarında 10 min metrdə qızıl, 5 min metr məsafədə isə bürünc medal qazanmışdı.