Cihazlar

Övladı olmayan ailələr üçün uşaq zəkasına sahib robot : Kirobo Mini

274views

Yaponiyada uşaqsız ailələr üçün 5 yaşındakı bir uşağın zəkasına sahib Kirobo Mini adlı robot hazırlanıb.

Avtomobil firması Toyotanın inkişaf etdirdiyi robot ayaqda 34, oturduğunda isə 10 santimetr ölçüsündədir.

Üzərindəki kamerayla insanların üz ifadələrini analiz edərək onların duyğularını anlamağa çalışan robot, bu ifadələrə görə qarşısındakı adama real insan davranışına bənzər reaksiyalar verir. Öz səsinin tonunu və hərəkət tərzini də danışdığı adama görə təyin edən Kirobo Mini, sahibləri ilə vaxt keçirdikcə onların sevdikləri və sevmədikləri şeyləri də xatırlayır.

Kompakt ölçüləri sayəsində hər yerə asanlıqla daşına bilən və Bluetooth vasitəsilə ağıllı telefonlara bağlanaraq da idarə edilə bilər.

Robot gələn ildən etibarən Yaponiyada 392 dollarlıq qiymətiylə satışa təqdim ediləcək.

kirobo-mini-heart-project