Sağlamlıq

Ürək xəstələrinə diqqət! Soyuq hava sizə görə deyil

15views

Soyuq havalar ürək böhranı riskini artırır.

Havaların soyuması ilə yanaşı, mütəxəssislər xüsusilə ürək xəstələrinin diqqətli olmasını bildirir.

Soyuq havaların ürək böhranı riskini artırdığını qeyd edən kardioloqlar, xüsusən çöl şəraitində işləməyə məcbur olanlara xəbərdarlıqlar edir.

“Soyuq havalarda damarlar büzüşür. Damar əvvəlkindən daha dar olur və hətta daha çox daralır ki, bu ürəyə kifayət qədər qan getməsinə mane olur. Bu ürək böhranına təkan verən amillərdən biridir. Digər bir amil isə soyuq havanın yaratdığı stressə görə təkan vermə ehtimalı var. İsti havalarda isə bunun əksi olur. Soyuq və isti havanın ürək və damar xəstəliklərində özünəməxsus yaratdığı təsirləri vardır. Bunları bilmək və ona görə tədbir görmək lazımdır”.

Çöl şəraitində çalışan peşə qruplarının risk altında olduğunu qeyd edən mütəxəssislər, “Dağda, meşədə çalışanlar, quruda, dənizdə, bələdiyyə, təmizlik işçiləri və təhlükəsizlik qüvvələri kimi çöldə xidmət edənlərin özlərini soyuqdan qoruyacaq geyimi seçmələri çox əhəmiyyətlidir. Ürək xəstəliyi olmadığını düşünənlər, 10 ildən artıq şəkər xəstəliyi olanlar, təzyiqi olub, təzyiqini ölçdürməyənlər və bunun şüurunda olmayanlar da xüsusilə risk altındadırlar. Çünki bu cür xəstələr bir şeyim yoxdur – deyib soyuğa və istiyə məhəl qoymadan hərəkət edirlər” ifadələrini də mütəxəssislər qeyd edirlər.