Kosmos

UNO ovçusu Skot C. Waring: Marsda həyatdan daha çox şey var

354views

UNO ovçusu Skot C. Waring və geoloq Grotzinger: Marsda həyatdan daha çox şey var.

Skot C. Waring və Grotzinger NASA-nın ötən günlərdə paylaşdığı maraqlı Mars fotoları haqqında maraqlı fikirlər söyləyiblər.

NASA, keçən həftə Mars səthində yerləşən obyektlərlə bağlı bəzi fotoşəkillər dərc etdirmişdi. Məhz bu fotoları məşhur UNO ovçusu Skot C. Waring və geoloq Con Grotzinger şərh ediblər.
Marsın səthi
Marsda nəhəng qaşıq tapıldı xəbərini ötən həftə sizinlə paylaşmışdıq. Bu fotoları fərqli bir dünyagörüşü ilə şərh edən Skot C. Waring, fotoşəkillərdə başqa tapıntıların da olduğunu bildirir.

Skot C. Waring-in fotoşəkillərlə bağlı iddiaları: “Araşdırdığım vizual, sadəcə Marsda həyat olduğunun bir dəlili yox, bizim güman etdiyimizdən daha çox insana bənzədiklərinin də sübutudur. Marsdakı canlılar eyni bizim kimi milyonlarla il ərzində inkişaf etmiş və təkamül keçirmişlər. Bu dörd ayaqlı heyvanları fotoşəkillərdə müəyyən etdim. Hörümçək meymuna bənzəyən bir fiqurdur. Fotoşəkillərdə başqa anomaliyalar də müəyyən etdim: Evlər, insana bənzəyən varlıqlar, müxtəlif abidələr, hətta dekorativ aksessuarlar. Bunlar lazım olandan artığını sübut edir”.

Marsın səthi
Marsın səthi

Fotoşəkillərə bir elm insanı gözü ilə baxan Kaliforniya Universitetindən geoloq Con Grotzinger isə belə şərh edir: “Marsın səthinə baxanda heç bir ekstremizm görmürəm. Əksinə, qarşımda həyat üçün uyğun bir şərait var. Marsın ən aşağı nöqtəsində bir krater var, ancaq qətiyyən çox turşuluq saçmır. Asidofil bakteriyaların yaşaması üçün əlverişli bir şəraitə baxıram. Su ilə uzun təsirli bir keçmişi sübut edən kimyəvi qarışıqlıq var. Kimya nə qədər mürəkkəb olsa, canlıların yaşama şansı o qədər yüksəkdir”.
Bir çox nəzəriyyəçiyə görə, Marsda həyat var ancaq NASA bunu gizlədir. Yaxın gələcəkdə də bunu öyrənməyimiz çətin olacaq kimi görünür.