Astrologiya

Ulduz falı: 6 mart-12 mart | Həftəlik

Heftelik burcler mart 2017
1.61Kviews

Türkiyəli məşhur astroloq Hakan Kırkoğlu’nun həftəlik bürclər yazısını təqdim edirik.

Qoç Bürcü (21 Mart – 20 Aprel)aries

Həftə sürətli və hərəkətli templə başlayacaq. Birdən çox işin məsuliyyətini öz üzərinizə götürəcəksiniz. Bu ərəfələrdə sizi yoran və gərkinliklər yaradan məsələlərə qarşı diqqətli olmalısınız. Martın 8-i ətrafında hisslərinizə qulaq asmağa çalışın. Martın 9-unda yaradıcı məsələlərə daha həvəslə yanaşaraq enerjinizi yüksəldəcəksiniz. Martın 10-u maliyyə xərclərinizdə diqqətli olmağa çalışın. Bu vaxtlarda gündəmdə olan artıq xərclərə yol verə bilərsiniz. Həftəni sonlarına doğru işinizə daha çox vaxt ayıracaqsınız.


Buğa Bürcü (21 aprel – 21 may)

e0773e3286b738973198c5d5e5194f95

Həftənin ilk günlərində işlə bağlı məsələlər; gəlirlər və xərclərlə gündəmdə olacaq. Bu səbəbdən davamlı görüşlər içərisində ola bilərsiniz. Eyni zamanda gələcək hədəflərinizlə bağlı bir xeyli düşüncələr içərisində olacaqsınız. Martın 8-9-u ərəfələrində komanda işlərində yeni düşüncələr və layihələr gündəmdə olacaq. Martın 10-undan bürcünüzə doğru hərəkət edən Mars, sizi daha da gücləndirəcək. Bu yeni dövrdə şəxsi işlərinizdə müübariz və təşəbbüskar xarakter ön plana çıxacaq.


Əkizlər Bürcü (22 may – 22 iyun)

1461582730-919748705

Bu həftə sənətiniz və iş həyatınızla bağlı məsələlər daha çox gündəmdə olacaq. Həftənin ilk günlərində Ay bürcünüzdə hərəkət edərkən, şəxsi həyatınızla bağlı mövzulara daha çox vaxt ayıracaqsınız. Martın 8-9-unda düşüncələrinizdə daha qərarlı ola bilərsiniz. Bu vaxtlarda yaxın ətrafınızla ola münasibətlərdə aktiv və rəngli günlər keçirə bilərsiniz. Fikirlərinizdə daha yaradıcısınız. Ancaq Mart ayının 10-undan etibarən maliyyə məsələlərində diqqətli olmalı və gərəksiz xərclərə qətiyyən yol verməməlisiniz.


Xərçəng Bürcü (23 iyun – 22 iyul)unnamed

Bu həftə fikirlərinizi paylaşa biləcəyiniz imkanlar yaranacaq. Həftənin ilk günlərində şəxsi həyatınızda diqqət tələb edən məsələlərə cidddi yanaşmalısınız. Martın 8-9-u ərəfəsində şərikli məsələlər və görüşlərdə fikirlərinizi daha qərarlı ifadə edə biləcəksiniz. Hissləriniz də sizə yol göstərə bilər. Bundan əlavə iş və maliyyə mövzularında irəliləyişlər gözlənilir. Martın 10-undan etibarən xüsusilə maliyyə hədəflərinizə qarşı iddialı olmağa və mübariz davranmağa başlayacaqsınız. Dostlarla olan yığıncaqlarda bol enerji sərf etməli ola bilərsiniz.


Şir Bürcü (23 iyul – 22 avqust)a_df6318bb

Bu həftə fikirlərinizi daha yüksək əhvala kökləməyə çalışın. Bu vaxtlarda bəzən qərarsızlıq və qarışıqlıq səbəbindən özünüzü narahat hiss edə bilərsiniz. Həftənin ilk günlərində dostlar və sosial mövzular sizə enerji bəxş edəcək. Hədəfləriniz üçün addımlar ata bilərsiniz. Martın 8-9-unda .əxsi həyatınızla bağlı məsələlərdə daha çalışqan və istəkli görsənirsiniz. Dəyər verdiyiniz mövzularda asanlıqla irəliləyəcəksiniz. Ancaq Martın 10-undan sonra iş həyatınız və məsuliyyəti üzərinizdə olan məsələlərlə bağlı işlərdə mübarizə içərisində olacağınız bir dövr başlayacaq.


Qız Bürcü (23 avqust – 22 sentyabr)virgo-horoscope-2015

Bu həftə kənar insanlardan alacağınız xəbərlər və nəticələr vacib əhəmiyyət daşıyır. Kənar şərtlərin və vacib nəticələrin əldə edildiyi bir dövrdəsiniz. Həftənin ilk günlərində işlə bağlı məsələlərə vaxt ayırmaq düzgün qərardır.  Martın 8-9-unda bacarıqlarınızı daha yaxşı dəyərləndirəbiləcəyiniz imkanlar yaranacaq. Ancaq eyni zamanda planda olmayan işlərə də laqeyd yanaşmaq olmaz. Martın 10-u ərəfəsində səyahətlə bağlı mözularda daha aktiv və qərarlı olmaqda fayda var. Bu vaxtlarda təhsil, səyahət və media ilə bağlı məsələlər ortaya çıxa bilər.


Tərəzi Bürcü (23 sentyabr – 22 oktyabr)bd3cdbc360d1115d5831dc0e7e1a7fa2

Bu həftə iş, sağlamlıq və nizam məsələlərində daha diqqətli olmağınız gərəkə bilər. Belə vaxtlarda tam aydın olmayan mövzularda səbrli davranmalısınız. Həftənin ilk günlərində olduqca ünsiyyətcil və aktiv günlərdəsiniz. Səyahət və təhsil məşğuliyyətləri tez-tez gündəmə gələ bilər. Martın 8-9-unda iş həyatınızda təsirli olacaq və hədəflərinizə çatmaq yolunda dəstək ala biləcəksiniz. Ancaq martın 10-undan sonra sağlamlıq və maliyyə məsələləri daha çox gündəm olmağa başlayacaq.


Əqrəb Bürcü (23 oktyabr – 21 noyabr)unnamed-1

Bu vaxtlarda Balıq bürcündəki planetlər həyatınıza yaradıcı fikirlər, daha həvəsli və əyləncəli məşğuliyyətlər gətirməkdədir. Ancaq sevgidə daha səmimi olmaqda fayda var. Həftənin ilk günlərində sizi narahat edən hadisələr və ya xəbərlər ortaya çıxa bilər. Martın 8-9-unda fərqli düşüncələr içərisində olacaqsınız. Eyni zamanda iş həyatınız və hədəflərinizdə irəliləyişlər gözlənilir. Ancaq martın 10-undan sonra şərikli məsələlərə, evlilik mövzularına daha təmkinli və nizamlı yanaşmalısınız. Hirsə səbəb ola biləcək hadisələr baş verə bilər.


Oxatan Bürcü (22 noyabr – 21 dekabr)images

Bu vaxtlarda yaxın ətrafınızı, ailənizi və yaşadığınız yeri maraqlandıran mövzular, qərarsızlıqlar ortaya çıxa bilər. Şəxsi iç dünyanıza vaxt ayırmalsınız. Həftənin ilk günlərində qarşılıqlı ünsiyyətlər və görüşlər vacib əhəmiyyət daşımaqdadır. Yaxşı dinləyici olmağa çalışın. Martın 8-9-unda özünə güvəninizin daha yüksək olduğunu hiss edə biləcəksiniz. Bu vaxtlarda sizi yoran işlərin həll yolunu tapmaq daha asan başa gələ bilər. Ancaq martın 10-undan etibarən səhhətiniz, iş və çalışma şərtlərinizlə bağlı mövuzlarda olduqca dözümlü olmalısınız. Praktik olmağa çalışın.


Oğlaq Bürcü (22 dekabr – 21 yanvar)capricorn-1000x1000-65

Bu vaxtlarda ətrafınız, ailənizlə bağlı həssas yanaşma və ya düşüncələrinizdə fədəkarlıq etmək kimi məsələlər gündəmdə olacaq. Daha real olmağa çalışmalısınız. Həftənin ilk günlərində zəhmət tələb edən işlər və görüşlər ola bilər. Martın 8-9-unda düşüncələrinizdə daha dərinlərə gedərək gücünüzü göstərə bilərsiniz. Ancaq qürur məsələlərində daha həssas davarana bilərsiniz. Martın 10-undan etibarən isə, sevgi həyatınız və ya övladlarınızla bağlı mövzularda daha sakit və nizamlı hərəkət etməlisiniz.


Dolça Bürcü (22 yanvar – 19 fevral)

aquarius-horoscope-2015

Bu vaxtlarda iş həyatınızda və maliyyə məsələlərində daha diqqətli olmalsınız. Yaradıcı xüsusiyyətlərinizi daha da inkişaf etdirə bilərsiniz. Həftənin ilk günlərində özünüzü ifadə etməkdə fürsətlər və əyləncəli hallarla qarşılaşa bilərsiniz. Eyni zamanda martın 8-9-unda şərikli işlərdə daha çox işin öhdəsindən gələ bilərsiniz. Bu günlərdə həssas mövzularda daha yetgin davranış sərgiləməlisiniz. Martın 10-undan etibarən xüsusilə ev və ailənizi, ev təhlükəsizliyini maraqlandıran mövzularda daha təmkinli olmağa çalışmalsınız. Hirsinizi nifrətlə yan-yana qoymayın.


Balıqlar Bürcü (20 fevral – 20 mart)

pisces-horoscope-avgust-2016

Bu dövrdə Günəş bürcünüzdə irəliləyərkən şəxsi sahənizdə daha çox şey edə bilər və müəyyən yeni təşəbbüüskarlıqlar göstərə bilərsiniz. Həmçinin Merkuri bürcüünüzdə ikən bacarıqlarınızı göstərmək də sizə asan olacaq. Həftənin ilk günlərində evdə və yaxın ətrafınızda aktivlik hökm sürəcək. Martın 8-9-unda tamamlanması gərəkən işlərdə irəliləyişlər olacaq, hətda daha da məhsuldar ola bilərsiniz. Martın 10-undan sonra sənət məsələləri daha çox sizi məşğul edə bilər. Bu günlərdə düşüncələrinizdə daha təsirlisiniz.