Astrologiya

Ulduz falı: 27 fevral-5 mart | Həftəlik

Heftelik burcler mart 2017
535views

Türkiyəli məşhur astroloq Hakan Kırkoğlu’nun həftəlik bürclər yazısını təqdim edirik.

Qoç Bürcü (21 Mart – 20 Aprel)aries

Bu həftə idarə olunması çətin olan işlər gündəmdə ola bilər. Balıq bürcündəki Günəş tutulması həssas bir həftə keçirəcəyinizə işarədir. Lazımsız risklərdən uzaq durmalısınız. Xüsusilə fevralın 27-si ərəfəsində baş verən ani hadisələr nizamınıza pis təsir edə bilər. Şərikli olduğunuz məsələlərdə daha sakit mövqe seçməlisiniz. Qəzalara qarşı diqqətli olmalsınız. Martın 2-sindən etibarən isə, yeniliklər barədə düşünə bilərsiniz. Bu günlərdə şəxsi həyatınızla bağlı məsələlərdə daha cəsur addımlar atacaqsınız. Martın 4-ündən etibarən sevgidə daha düşüncəli ola bilərsiniz.


Buğa Bürcü (21 aprel – 21 may)

e0773e3286b738973198c5d5e5194f95

Balıq bürcündəki Günəş tutulması, bu həftə gələcklə bağlı gözləntilər və ümidlərdə sizi daha da real düşünməyə yönəldəcək. Çox dəqiq olmayan düşüncələr içərisində də ola bilərsiniz. Dostlarla olan münasibətlərdə tərəfinizdən bəzi fədəkarlıqlar gözlənilir. Fevralın 27-si ərəfəsində səhhətinizlə bağlı məsələlərə və nizam qurduğunuz işlərə qarşı diqqətli olmalısınız. İdarə etməkdə çətinlik çəkəcəyiniz qəzəbiniz bəzi problemlər ortaya çıxarda bilər. Martın 2-si ərəfəsində keçmişə aid və ya gözləmədiyiniz bir məsələ kefinizi poza bilər. Martın 4-ündən sonra isə sevgi məsələlərində bəzi qarışıqlıqlar ola bilər.


Əkizlər Bürcü (22 may – 22 iyun)

1461582730-919748705

Bu həftə Balıq bürcündəki Günəş tutulması işdəki mövqeyiniz və necə tanındığınızla bağlı məsələlərə bəzi qarışıq hallar gətirməkdədir. Sənət məsələlərində daha diqətli olmalı və daha təşəbbüskar davranış sərgiləməlisiniz. İş həyatınızda aydın olmayan məsələlər və artıq xəyallar gündəmdə ola bilər. Fevralın 27-si ərəfəsində sevgidə və dostluqda daha həyəcanlı, eyni zamanda yeniliklərə həvəslisiniz. Ancaq düşüncələrinizdə daha kəskin olmağa çalışın. Martın 2-si ərəfəsində yoldaşlarla olan münasibətlər və sosial həyatınız sizi daha cox əyləndirə bilər. Yeniliklər içərsində olacaqsınız. Bu həftə münasibətlərinizdə sizi təəccübləndirən hadisələrlə qarşılaşa bilərsiniz.


Xərçəng Bürcü (23 iyun – 22 iyul)unnamed

Bu vaxtlarda həyata baxışınız, inanclarınızla bağlı fikirlərdə sizi fərqli yönlərə yönəldəcək. Səyahətlər və ya uzaqlarla bağlı məsələlər sizə fərqli təcrübələr qazandıra bilər. Fevralın 27-si ərəfəsində işdə və şərikli olduğunuz mövzularda daha sakit olmalı, tarazlığı qorumalsınız. Martın 2-si tək başına görəcəyiniz bir cox işlər var. Sənət məsələlərində özünüzə qarşı daha çox diqqət çəkə biləcəksiniz. Gələcəklə bağlı düşünmək və hərəkət etmək mövzusunda çox həvəslisiniz. Martın 4-ündən sonra iş görüşləri və müqavilələrdə bəzi fikir ayrılıqları ola bilər.


Şir Bürcü (23 iyul – 22 avqust)a_df6318bb

Bu həftə Balıq bürcündəki Günəş tutulması daha çox maliyyə və pay düşəcək məsələlərə diqqətinizi yönəldəcək. Bu məsələlərdə daha ehtiyyatlı və diqqətli olmalısınız. Banklarla bağlı işlər və borclar məsələsində ciddi şəkildə düşünməlisiniz. Xüsusilə fevralın 27-si sözlərinizə və görüşlərinizdə ani ehtiyyatsızlıq üzündən mübahisələrə yol aça bilərsiniz. Martın 2-si səyahətlərlə və ya mətbuatla bağlı məsələlərdə yeni addımlar, yeni informasiyalar gündəmə gələ bilər. Martın 4-ündən sonra isə sevgidə yenidən düşünülən fikirlər yer alacaq.


Qız Bürcü (23 avqust – 22 sentyabr)virgo-horoscope-2015

Bu həftə baş verən Günəş tutulması xüsusən kollektiv məsələlərə, evlilik və müqavilələrdə qeyri-müəyyən vəziyyətlərə yol açacaq. Əhəmiyyətli dəyərləndirmə ərəfəsindəsiniz. Ancaq qarşınızdakı qeyri-müəyyən və məntiqsiz davranışlar, fikirlərinizin qarışmasına səbəb olacaq. Fevralın 27-si xərclərinizdə və şərikli işlərdə ani anlar yaşana bilər. Martın 2-si ətrafında cəsarət göstərəcəksiniz, sizi böhrana sürükləyən məsələlərlə qarşılaşacaqsınız. Daha səbirli olmalısınız. Martın 4-ünden sonra xərclərinizə daha səmərəli yanaşın.


Tərəzi Bürcü (23 sentyabr – 22 oktyabr)bd3cdbc360d1115d5831dc0e7e1a7fa2

Bu həftə Balıq bürcündəki Günəş tutulması xüsusilə sağlamlıq və iş həyatınızla bağlı məsələlərə vurğu göstərəcək. Bu məsələlərdə nizamsızlıqlar və iğtişaşlar yer alacaq. Birlikdə çalışdığınız insanlardan qaynaqlanan inamsızlıq və ya fədakarlıqlar gündəmdə olacaq. Fevralın 27-si ətrafında məhəbbətdə və yaxın münasibətlənizdə, gözlənilməz ani vəziyyətlərə düşəcəksiniz. Şərtlər çox tarassız ola bilər. Martın 2-si evlilik məsələlərində daha diqqətli olun. Yaranmış qarışıq vəziyyətlər Martın 4-ü aydınlaşacaq.


Əqrəb Bürcü (23 oktyabr – 21 noyabr)unnamed-1

Bu həftə Balıq bürcündəki Günəş tutulması uşaqlarla, sevdiklərinizlə olan məsələlərə və eşq həyatınıza daha çox önəm gətirir. Bu məsələlərdə həssaslıq, qeyri-müəyyənlik və ya çaşdırıcı bir məqam ortaya çıxacaq. Fevralın 27-si günü iş və sağlamlığınızla bağlı məsələlərdə daha diqqətli olmalısınız. Hədsiz fiziki fəallıq, gərginliklərə və kiçik qəzalara yol aça bilər. Martın 2-si başa çatdırılması və ya başlanması lazım olan işlər var. Daha planlı hərəkət etməlisiniz. Martın 4-ü sağlamlıq və qidalanma məsələlərinə diqqət göstərin.


Oxatan Bürcü (22 noyabr – 21 dekabr)images

Bu həftə Balıq bürcündə gerçəkləşən Günəş tutulmasının təsiri xüsusilə ev və ailəvi məsələlər, torpağa və ya yaşayış aid vəziyyətlərə qeyri-müəyyənliklər gətirir. Yeni şərtlər üzündən daha çevik olmağınız lazımdır. Evə yönəlik fədakarlıqlar söz mövzusudur. Fevralın 27-si ətrafında məhəbbətdə və zövqlərdə ani və həyəcan verici hallar yaşana bilər. Nəysə ki Martın 2-si ətrafında özünüzə inamınız və cəsarətiniz daha yüksək olacaq. Eşqdə daha cəsarətli davrana bilərsiniz. Martın 4-ündən etibarən sevgidə bir az daha düşüncəli olmaq lazımdır.


Oğlaq Bürcü (22 dekabr – 21 yanvar)capricorn-1000x1000-65

Bu həftə Balıq bürcündəki Günəş tutulması yaxın ətrafınıza, bacı-qardaş, ya da qonşularla bağlı məsələlərə daha həssas olacağınızdan xəbər verir. Şəxsi düşüncə və görüşlərinizdə çox dəqiq olmayan hallar, havada ilişib qalan yarımçıq işlər ola bilər. Yeni bir şey imzalayarkən diqqətli olmağınız faydalı ola bilər. Fevralın 27-si ərəfəsində evdə və ailəvi məsələlərdə təhlükəsizlik məsələsinə diqqət etməyiniz tələb olunur. Martın 2-si  ərəfəsində yaxın ətrafınız və evlə daha çox vaxt ayırmağa çalışın. Sürətli şəkildə bitirilməsi zəruri olan işlər ortaya çıxa bilər. Bu dönəmlərdə məhz evlə daha çox əlaqədə olacaqsınız.


Dolça Bürcü (22 yanvar – 19 fevral)

aquarius-horoscope-2015

Bu həftə Balıq bürcündə baş verən Günəş tutulması daha çox iş həyatınızı, gəlirlərinizi və pul vəziyyətinizi maraqlandırır. Bu məsələlərdə çox xəyalpərəst olmamaqda fayda var. Fərasətinizi daha yaxşı istifadə edə bilərsiz, ancaq yersiz xərclərə da yol açmış olacaqsınız. Fevralın 27-si yaxın ətrafınızda ani sürprizlər, xəbərlər gözlənilir. Martın 2-si ərəfəsində, danışıqlar və səfərlər diqqət çəkə bilər. Bu günlərdə fikirlərinizi daha cəsarətlə ortaya qoyun. Fikirlərinizi martın 4-ündə alacağınız  yeni xəbərlər dəyişə bilər.


Balıqlar Bürcü (20 fevral – 20 mart)

pisces-horoscope-avgust-2016

Bu həftə bürcünüzdə baş verən Günəş tutulması sizi xüsusilə maraqlandırır. Əgər 23-26 Fevral təvəllüdlü bir Balıqsınızsa bu həftə daha səbirli olmalısınız. Nəzarətdən kənar qalan amillər gözləntilərə yol açacaq. Fevralın 27-si iş həyatınız və pulla bağlı məsələlərdə qəfil xərclər mümkündür. Şərikli işlərdə lazımsız xərclərdən uzaq durmalısınız. Fevralın 2-si yeni qərar verilməsi vacib olan məsələlər var. Şəxsi qabiliyyətlərinizi ortaya qoymaq üçün daha cəsarətli ola bilərsiz.