Astrologiya

Ulduz falı: 19 dekabr-25 dekabr (Həftəlik)

607views

Türkiyənin ən çox oxunan Astroloq’u, Hakan Kuyucu‘nun həftəlik bürclər yazısını təqdim edirik.

Qoç Bürcü (21 Mart – 20 Aprel)aries

Bu həftə ailə münasibətləri və sevgi həyatnızda xəyallara qapılmadan daha məsuliyyətli davranmağınız vacib əhəmiyyət daşıyır. Bu mövzularda qərarlar verərkən diqqətli düşünməli və nə istədiyinizi dəqiq bilərək hərəkət etməlisiniz. ‘Mən bunu istəyirəm və istənilən nəticəyə də hazıram’ deyə bilməlisniz. Siz belə davrandıqda, o zaman həyat sizi ən düzgün olan yollara atacaq. İş həyatınızda isə gərginliklər ön planda olacaq. İş yoldaşlarınızla lazımsız mübahisələr baş verə bilər. Psixoloji gərginliklər içərisində ola bilərsiniz. Bu səbəbdən özünüzü tamami ilə gücsüz hiss edəcəksiniz. Bu vəziyyətlərdə daha da əzilməmək üçün sakit yerlərə çəkilməli və xoş insanlar ətrafında olmalısınız.

Buğa Bürcü (21 aprel – 21 may)

e0773e3286b738973198c5d5e5194f95

Bu həftə iş yerində və ya şəxsi işlərinizdə yeni bir layihəyə başlaya bilərsiniz. Komanda işlərində əsas idarəçi siz olacaqsınız və geniş izləyici kütləsi qarşısında layihə təqdimatı edə bilərsiniz. Əgər bu layihələr siz tərəfindən təxirə salınsa o zaman dostlarınızla birlikdə atın özünüzü tətil yerlərinə. Bu şəkildə yoldaşlarınızla yaxşı vaxt keçirə bilərsiniz. Bu insanların içərisində şəxsi həyatınızda olan və ya olmasını istədiyiniz bir insan da ola bilər. Həftə boyu enerjiniz yüksək görsənir. Nikbin əhvalla bu enerjini daha da gücləndirə bilərsiniz.

Əkizlər Bürcü (22 may – 22 iyun)

1461582730-919748705

19 dekabrdan etibarən sevgi, ailə və dostlarla olan münasibətlərdə özünüzü gərgin hiss edə bilərsiniz. Əks cinsin və ya dostlarınızın sizin üzərinizdə ki təsiri xoşunuza gəlməyə bilər. Və bu səbəbdən gedişatı dəyişdimək üçün müəyyən addımlar atmaq istəyə bilərsiniz. Bu məsələ üzərində daha ətraflı düşünməyə çalışın. Əgər yenə də belə təsir altında özünüzü yaxşı hiss etməsəniz mütləq düşündüyünüz addımları atın. Sağlamlığınıza diqqət yetirin, bəzi biganəliklər sizi gecikdirə bilər. Əgər sizi narahat edən hər hansısa bir məsələ varsa mütləq həkimə müraciət edin.

Xərçəng Bürcü (23 iyun – 22 iyul)unnamed

Bu həftə göy üzü yaradıcı gücünüzü hiss etməyiniz üçün sizə köməklik edəcək. Kiminsə təsiri altında qalmadan özünüz ilə bağlı nəyin daha doğru olduğuna artıq qərar verməlisiniz. Bunun üçün həyatınıza təkrar baxmalı, hədəf yolunuzu dəqiq seçməli və məksədinizə uyğun şəkildə özünüzü inkişaf etdirməlisiniz. Ancaq unutmayın, bu yoda sağlam düşünməli və keyfiyyətsiz fikirlərdən uzaq durmalısınız. Sağlamlığınıza fikir verin, məksədinizə gedən yolda sağlamlığınız da vacibdir.

Şir Bürcü (23 iyul – 22 avqust)a_df6318bb

19 yanvardan sonrakı günlərdə bütün fikriniz şəxsi münasibətinizdə olacaq. Sevgi münasibətinizdə hər hansısa problem varsa göy üzündən güc alaraq hər şeyi yaxşılaşdıra bilərsiniz. Ayrılıq riski aradan qalxa və ya uzun zamandır ayrı olduğunuz insan geri dönə bilər. Subay şirlər isə həyatlarının sevgisi ilə qarşılaşa bilərlər. Həftə sonu enerjinizin azalması nəticəsində istirahət istəyiniz daha da artacaq. Fiziki olaraq sağlamlıq problemlərindən uzaq durmaq istəyirsinizsə, bədəninizə qulaq asın və ona istirahət üçün vaxt ayırın. İşinizi dəyişdirmə və ya işinizi daha da yüksəltmək istəyi bu həftə güclü olacaq. Ancaq kəskin qərarlar qəbul etmədən ilk öncə əlinzidə olan imkanlara nəzər salmalısınız.

Qız Bürcü (23 avqust – 22 sentyabr)virgo-horoscope-2015

Bu həftə karyera, yatırım və maliyə sahələrində şanslı vaxtınızdasınız. Yarana biləcək fürsətləri dəyərləndirmək üçün lazım olan tək şey davamlı ünsiyyətdə olmaqdır. Bunu həyat keçirə bilsəniz sizi qarşıda zəfərlərlə dolu günlər gözləyir. Eyni zamanda sevgi münasibətlərində də verilən düzgün qərarlar inkişafın göstəricisi olacaq. Uzun müddətdir tənha olan insanlar nəhayət sevgi ilə qarşılaşa bilərlər. Sağlamlığınız ilə bağlı hər hansısa bir problem varsa şəfa axtarmağa çalışın. Burada uğurlu nəticələr əldə edəcəksiniz.

Tərəzi Bürcü (23 sentyabr – 22 oktyabr)bd3cdbc360d1115d5831dc0e7e1a7fa2

Bu həftə həyatınızdakı insanlardan birinin sağlamlığı ilə bağlı bəzi məsələlər gündəmə gələ bilər. Burada məhs sizin kömyiniz vacibdir. Məsuliyyətdən qacmayın və lazımı fədəkarlığı göstərin. İşlə bağlı bəzi yatırım təkliflərində maliyə gücünüzə daha dəqiq nəzər salmağınız faydalı olar. Əgər sizin diqqətinizdən kənar xərcləmə planları varsa büdcənizə diqqət edin. Hər maddi tələbə razılıq verməyin və hesablamalarınızı düzgün aparın. Son vaxtlarda gərgin iş müddətində olduğunuz üçün istirahətə ehtiyacınız var. Ona vaxt ayırın.

Əqrəb Bürcü (23 oktyabr – 21 noyabr)unnamed-1

Bu həftə göy üzünün mövqeyi, həyatınızın hər hansısa bir sahəsində həyata keçiriləcək dəyişikliyin mütləq şəkildə yaxşı hesablanmasına işarə edir. Bu yeniliyin gücü sağlamdırsa və sizi çox yormayacaqsa yaxşı nəticələr verəccək. Əks halda olduğunuz mövqedə geriləmə hiss edəcəksiniz. Həzm sistemi ilə bağlı bəzi problemlər ortaya çıxa bilər. Bacardığınız qədər sağlam qidalanmağa və bir həkimə müraciət etməyə çalışın.

Oxatan Bürcü (22 noyabr – 21 dekabr)images

19 dekabrdan sonra bir dostunuzla münasibətiniz sevgiyə çevrilə və ya bu insanla bağlı hissləriniz dəyişə bilər. Yenilik axtarışı, fərqli insanlarla tanışlıq, maraqlı ətraf və həyəcanlı hadisələr həyatınızın gündəlik görünüşünü dəyişdirə bilər. Bunu özünüzü yormadan həyata keçirməyə çalışın. Yaradıcıllığa və sağlamlığınız ilə bağlı məsələlərə vaxt ayırmağı unutmayın. İş həyatınızda maraqlı dəyişikliklər ola bilər. Yeni bir layihə qrupuna daxil ola bilərsiniz.

Oğlaq Bürcü (22 dekabr – 21 yanvar)capricorn-1000x1000-65

19 dekabrdan sonra iş həyatınzıla bağlı məsələlərdə olduqca diqqətli olmalısnız. İş yerinizdəki bəzi insanların sizin haqqınızda nə düşündükləri ilə bağlı araşdırmalar aparın. Əgər sizin haqqınızda mənfi fikirdə olan insanlar varsa, onlarla ünsiyyət qurmağa və uyğunlaşmağa çalışın. Egonuza məğlub olub inadkarlıq etsəniz məsələni daha da dərinləşdirə bilərsiniz. Mənəvi rahatlıq baxımından təəssüf ki qarşıda sizi kölgəli günlər gözləyir. Bununla mübarizə aparmaq üçün, sizi üzə biləcək insanlardan və yerlərdən uzaq durmağa çalışın. Ancaq köklü dəyişikliklərdən yayının.

Dolça Bürcü (22 yanvar – 19 fevral)

aquarius-horoscope-2015

Bu həftədən etibarən iş həyatınızda böyük dəyişikliklər başlayacaq və həyəcan dolu bir dövrə addım atacaqsınız. Haqqınız olan daha böyük işlərə keçə bilər və öz işinizi qurmağa qərar verə bilərsiniz. Cəzur olun və fürsətlər sizin xeyrinizə ikən onları dəyərləndirin. İş həyatınızdakə bu inkişaf şəxsi və sosial həyatınıza mənfi təsir göstərə bilər. Ulduzunuz parıldadıqca düşmənlərinizin də artacağını hesablayın. İnnsanlarla yumşaq davranmağa çalışın. Sağlamlıq ilə bağlı da olduqca parlaq bir həftədəsiniz.

Balıqlar Bürcü (20 fevral – 20 mart)

pisces-horoscope-avgust-2016

19 dekabrdan etibarən karyera sahəsində yeniliklər etmə istəyi baş qaldıracaq. Düzgün insanlarla əlaqədə olaraq bacarığınızı daha yaxşı göstərə bilərsiniz. İş həyatınızda güclü insanlarla tanış olmağa, onlarla layihələrinizi müzakirə etməyə və onlarla daim əlaqədə olmağa xüsusi güc sərf etməlisiniz. Bu həftə hisslərinz ilə bağlı fərqli düşüncələrə qapılacaqsınız. Ancaq çalışın hər şeyi müvəqqəti də olsa axarına buraxın. Sağlamlıq baxımından yaxşı bir həftədəsiniz.