Astrologiya

Ulduz falı: 13 mart-19 mart | Həftəlik

Heftelik burcler mart 2017
764views

Türkiyəli məşhur astroloq Hakan Kırkoğlu’nun həftəlik bürclər yazısını təqdim edirik.

Qoç Bürcü (21 Mart – 20 Aprel)aries

Həftənin ilk günlərində səhhətinizlə bağlı məsələlər və iş həyatınız gündəmdə olacaq. Yarımçıq qalan işləri dəstək alaraq bitirə bilərsiniz. Daha əvvəl etdiyiniz risklər və ya bir anda baş verəcək hafdisələr bəzi narahatlıqlar yaradacaq. Hirsinizə hakim olmağa çalışmalsınız. Hələki dəqiqləşməyən hallar və qeyri-müəyyənliklər ola bilər. Özünüzü maliyyə cəhətdən daha etibarsız və narahat hiss edəcəyiniz bir dövrdəsiniz. Pul ilə bağlı mövzularda lazımsız risklərə və xərclərə qətiyyən girməməlisiniz.


Buğa Bürcü (21 aprel – 21 may)

e0773e3286b738973198c5d5e5194f95

Həftənin ilk günlərində sevərək məğul olduğunuz işlərdə kənar şəxslərin də məsləhətini almağa ehtiyac duya bilərsiniz. Sevgidə bu həftə dərin düşüncə içərsinidəsiniz. Mars hal hazırda bürcünüzdə irəlilədiyindən həm şəxsi həyatınızda həm də işlərinizdə daha aktivlik göstərə bilər və bəzi məqamlarda səbrsiz davrana bilərsiniz. Ancaq bu vaxtlarda münasibətlərinizdə daha soyuqqanlı olmalı və lazımsız yerə düşman qazanmamalısınız. Bəzi məqamlarda düşünmədən hərəkət edəcəksiniz. Buna baxmayaraq baş verə biləcək hadisələrdən nəticə çıxara biləcəksiniz.


Əkizlər Bürcü (22 may – 22 iyun)

1461582730-919748705

Həftənin ilk günlərində sənətinizlə bağlı məsələlər və məsuliyyəti üzərinizdə olan işlər daha çox gündəmdə olacaq. Məsələlərə həqiqi baxışla yanaşmalısınız. Ağlınızda olan bəzi qarışıq mövzuları aydınlaşdıracaqsınız. Bu həftə ətrafınızdakı insanlarla görüşlər və sosial həyatınız sizi daha xoş əhvala yükləyəcək. Sevgidə də həyəcanlı günlər sizi gözləyir. Ancaq bu mövzuda bəzi keçmişdə yaşanan hadisələrdə gündəmə gələ bilər. İş həyatınızda isə yorucu həftə sizi gözləyir. Bir neçə mübarizə tələb edən şərtlər içərisində çalışacaqsınız.


Xərçəng Bürcü (23 iyun – 22 iyul)unnamed

Həftənin ilk günlərində düşüncə baxımından olduqca məhsuldar ola bilərsiniz. Eyni zamanda fikirlərinizdə konkret nəticələr əldə edə bilmək üçün bir xeyli mübarizəyə ehtiyac var. Martın 14-ündən sonra həm ailədə həm də işlərdə olduqca diqqətli davranış sərgiləməlisiniz. Tək lazım olan cəsarətdir, bu şəkildə özünüzü daha yaxşı göstərə bilərsiniz. Bu həftə sənət məsələlərində də aktivlik göstərə bilərsiniz. Eyni zamanda yaxın insanlarla olan münasibətlərdə bu aktivlik lazımsız reaksiyalara gətirib çıxara bilər. Ani və sərt ifadələrdən uzaq olmağa çalışın.


Şir Bürcü (23 iyul – 22 avqust)a_df6318bb

Həftənin ilk günlərində maliyyə məsələləri gündəmdə olacaq. Bu vaxtlarda iş həyatınızla bağlı məsələlərdə daha diqqətli olmalısınız. Uzun müddətdir davam edən və problemlər yaradan məsələlərdən nəhayət uzaqlaşmağa başlamısınız. Özünüzü bir çox sahədə daha uğurlu şəkildə tanıda bilərsiniz. Martın 14-ündən etibarən media ilə bağlı məsələlər və baş tuta biləcək səyahətlərlə üfüqlərinizi daha da genişləndirə bilərsiniz. Ancaq fikirlərinizi və ideyalarınızı təqdim edərkən bunu olduqca balanslı şəkildə həyata keçirməlisiniz.


Qız Bürcü (23 avqust – 22 sentyabr)virgo-horoscope-2015

Həftənin ilk günlərində şəxsi həyatınız və insanlarla olan münasibətlər istiqamətində vacib qiymətləndirmə içərisində ola bilərsiniz. Göstərəcəyiniz reaksiyalara və nəticələrə qarşı diqqətli davranmalısınız. Uzaqlarla bağlı səyahətlər və ya münasibətlər sizə olduqca xoş əhval bəxş etməkdədir. Bu vaxtlarda özünüzə, xüsusilə sağlamlığınıza diqqət göstərməli və lazımsız gərginliklərdən uzaq olmalısınız. Zehni məşğuliyyətlərə çox vaxt ayırmaqdasınız. Bu səbəbdən ətrafınızadakı insanlara az vaxt xərcləyirsiniz. Onlara da həmişəkindən daha çox vaxt ayırmağa çalışın.


Tərəzi Bürcü (23 sentyabr – 22 oktyabr)bd3cdbc360d1115d5831dc0e7e1a7fa2

Həftənin ilk günlərində bəzi mübarizə tələb edən işlər və fədəkarlıqlar ortaya çıxa bilər. Ancaq işlə bağlı şərtlərə və səhhətinizlə bağlı məsələlərə qarşı daha diqqətli olmalısınız. Xüsusilə əlaqələr, müqavilələr və başqalarından alacağınız xəbərlərin təsiri ilə fikirlərinizi nəzərdən keçirə bilərsiniz. Yeni bir plan cızmaq məcburiyyətindəsiniz. Bu vaxtlarda müqavilələr, evliliklər və şərikli işlər yaxşı nəticələr verə bilər. Maliyyə məsələlərində şərikli mövzulara diqqətli yanaşmalsınız. Bu həftə eyni zamanda sizi yeni görüşlər gözləyir.


Əqrəb Bürcü (23 oktyabr – 21 noyabr)unnamed-1

Həftənin ilk günlərində gələcəklə bağlı gözləmələrinizi yenidən nəzərdən keçirmək fikrinə düşə bilərsiniz. Şərikli məsələlərdə də həmçinin şərtlər sizi yeni fikirlərə doğru sıxa bilər. Tək olaraq işləmək ya da yeni addımlar və rsiklər içərisində olacaqsınız. Ancaq həm şərikli məsələlərdə həm də münasibətlərinizdə səbrli davranış sərgiləməlisiniz. Fiziki olaraq yorucu bir dövrdə olduğunuzdan yaxşı olardı ki, səhhətinizlə bağlı işlərə vaxt ayırasınız. İşdə yeniliklər sizi gözləyir. Daha məhsuldar və təşəbbüskar olmağa çalışacaqsınız.


Oxatan Bürcü (22 noyabr – 21 dekabr)images

Həftənin ilk günlərində həm iş həyatınızda həm də evlə bağlı məsələlərdə olduqca diqqətli olmalısınız. Sevgidə vacib addımlar gözlənilir. Bu vaxtlarda həyatın gözəl hisslərinə və sevgiyə tərəf daha meyillisiniz. Xüsusilə bu günlərdə sevgidə və münasibətlərinizdə ətrafa maraq göstərən və macəra axtaran hisslər içərisindəsiniz. Belə hallarda xərcləriniz daha çox arta bilər. Bir çox sahədə riskli addımlar atmağa və önə çıxmağa çalışacaqsınız. Səhhətinizə daha çox fikir verməlisiniz.


Oğlaq Bürcü (22 dekabr – 21 yanvar)capricorn-1000x1000-65

Həftənin ilk günlərində zehni məşğuliyyətlər gündəmdə olacaq. Düşüncələrinizdə daha zərif olmağı yoxlamalısınız. Martın 14-ündən etibarən ailəyə daha çox vaxt ayırmağa və onlarla məşğul olmağa çalışacaqsınız. İş həyatınızda da yeni addımlar ata bilərsiniz. Bir çox mövzuda sürətli qərarlar almalı olacaqsınız. Evlə bağlı məsələlərdə isə qətiyyən tələsik davranmamalısınız. Torpaq və ya daşınmaz əmlakla bağlı məsələlər də vaxtınızı ala bilər.


Dolça Bürcü (22 yanvar – 19 fevral)

aquarius-horoscope-2015

Həftənin ilk günlərində maliyyə məsələləri və xərclər gündəmdə olacaq. Həyat yoldaşınız və ya şərikinizlə birlikdə pul məsələlərində müzakirələr ola bilər. Martın 14-ündən etibarən görüşlər və ziyarətlər daha ön planda olacaq. Qısa və ya uzaq səfərlərdə hədəfinizə çata bilmək üçün olduqca qərarlı görsənirsiniz. Ancaq bu vaxtlarda ailənizə qarşı da diqqətli olmağa ehtiyac var. Bu həftə torpaq və evlə bağlı məsələlərə mübarizə və xərclər tələb edən işlər gözlənilir.


Balıqlar Bürcü (20 fevral – 20 mart)

pisces-horoscope-avgust-2016

Həftənin ilk günlərində şəxsi həyatınız və ya evlilik həyatınızla bağlı məsələlər gündəmdə olacaq. Bəzi mübahisələrdən yayınmağa çalışacaqsınız. Qarşınızdakı insanı daha çox dinləmək məcburiyyətindəsiniz. Martın 14-dən sonra iş həyatınızda daha çox qazanmaq üçün görüləsi bir çox işlər var. Maliyyə məsələlərində və investisiyalarda riskli addımlar atmağa daha çox meyillisiniz. Əgər birazca planlı hərəkət eyməyə çalışsanız özünüzü lazımsız xərclərdən quratara bilərsiniz. İşdə daha məhsuldar olmağa ehtiyac var.