Astrologiya

Ulduz falı: 13 fevral-19 fevral | Həftəlik

Heftelik burcler mart 2017
445views

Türkiyəli məşhur astroloq Hakan Kırkoğlu’nun həftəlik bürclər yazısını təqdim edirik.

Qoç Bürcü (21 Mart – 20 Aprel)aries

Bu həftə boyu ətrafınızda olan insanlar gələcəklə bağlı sizi daha da ilhamlandıracaq. Fevralın 14-ü ərəfələrində yaxın olduğunuz insanlarla münasibətlərdə yaxşı dinləyici olacaqsınız. Davam etməkdə olan işləriniz uğurla irəliləyəcək. Venera və Mars bürcünüzdə hərəkət etdiyindən sevgidə və bağlı olduğunuz mövzularda cəsur olacaqsınız. Düşünmədən hərəkət etməyə meyillisiniz və belə hallarda səbrsiz davrana bilərsiniz. Fevralın 16-sından etibarən hisslərinizi daha səmimi ifadə edə biləcəksiniz. Fveralın 18-ində düşüncələriniz səyahətlə bağlı məsələlərlə gündəmdə olacaq.


Buğa Bürcü (21 aprel – 21 may)

e0773e3286b738973198c5d5e5194f95

Bu həftə də məsulliyəti üzərinizdə olan və iş həyatınızla bağlı məsələlər gündəmdə olacaq. Evə və işə ayıracağınız vaxtı daha diqqətlə idarə etməlisiniz. Tarazlığı qorumağa çalışın. Eyni zamanda bilmədiyiniz və riskli mövzularda bəzi şübhələr və naməlumluqlar ön plana çıxa bilər. Fevralın 14-ü ərəfələrində iş həyatınızda, əsasən qarşılıqlı münasibətlərdə düzənə salınması lazım olan işlər gündəmdə ola bilər. Fevralın 16-sında riskli qərarlarda diqqətli olmağa çalışın. Bu vaxtlarda sevgidə də gizli hallar yaşaya bilərsiniz. Fevralın 18-indən etibarən isə baş verəcək hadisələrə qarşı daha həssas davranış srgiləyəcəksiniz.


Əkizlər Bürcü (22 may – 22 iyun)

1461582730-919748705

Bu həftə təhsil və sosial həyatınızla bağlı məsələlər gündəmdə olacaq. Düşüncələrinizi ağıllı şəkildə idarə edə biləcəyiniz günlərdəsiniz. Sürprizlərə hazır olmalısınız. Fevralın 14-ü ərəfələrində dostluqlar və yeni tanışlıqlar üçün yaxşı imkanlar yaranacaq. Fevralın 16-sında düşüncələrinizi daha azad şəkildə ifadə edə biləcəksiniz. Bu vaxtlarda ətrafınızla münasibətlərdə aktiv olacaq, həmsöhbətlərinizlə daha səmimi davranacaqsınız. Fevralın 18-dən etibarən isə iş həyatınız və maliyyə məsələləri gündəmdə olacaq. Ən yaxşı olanı edəcəksiniz.


Xərçəng Bürcü (23 iyun – 22 iyul)unnamed

Bu həftə maliyyə məsələlərində və ortaq olduğunuz sahələrdə daha diqqətli olmalısınız. Eyni zamanda iş həyatınızdakı hədəflər baxımından olduqca təşəbbüskar və güclü olacağınız günlərdəsiniz. Enerjinizi düzgün xərcləməyə çalışın. Fevralın 14-ü ərəfələrində evə və ailənizə qarşı münasibətlərdə daha diqqətli olacaqsınız. Fveralın 16-sında iş həyatınızda bir çox görüşlər həyata küçirə bilərsiniz. Fevralın 18-i ərəfələrində isə, səyahətlə bağlı məsələlərdə vacib irəliləyişlər olacaq. Bu vaxtlarda işinizi daha yaxşı idarə edə bilmək üçün daha mübariz olacaqsınız.


Şir Bürcü (23 iyul – 22 avqust)a_df6318bb

Bu həftə əhəmiyyətli qiymətləndirmələr və nəticələr barəsinda düşünə bilərsiniz. Son altı aydır davam edən şərtlər yeniliyə doğru dəyişməkdədir. Eyni zamanda özünüzü inkişaf etdirə biləcəyiniz və həyata daha cəzur baxa biləcəyiniz bir dövrə doğru addımlayırsınız. Hisslərinizi ifadə etməkdə çətinlik çəkməyəcəksiniz. Fevralın 14-ü ərəfələrində görüşlər və işlə bağlı qaydaya salınması lazım olan mövzular gündəmdə olacaq. Fevralın 16-sında ortaq mövzularda daha fərqli yanaşmaya üztünlük verməlisiniz. Fveralın 18-indən etibarən isə, maliyyə sahəsilə bağlı məsuliyyətli olduğunuz məsələlər gündəmdə ola bilər.


Qız Bürcü (23 avqust – 22 sentyabr)virgo-horoscope-2015

Bu həftə iş həyatınızda ağır həftədəsiniz və sizi narahat edən məsələlərdən uzaq durmalısınız. Daha çox sizi yoran işlərin öhdəsindən gəlməyə çalışacaqsınız. Bu səbəbədən mümkün qədər vaxt tapdıqda istirahətə vaxt ayırın. Fevralın 14-ü ərəfələrində maliyyə məsələlərində çalışqanlığınız və iradəniz sayəsində uğurlar əldə edə bilərsiniz. Fevrlın 18-indən etibarən isə, yeni şərtlər ətrafında çalışacaq, vacib qiymətləndirmələr edəcəksiniz.


Tərəzi Bürcü (23 sentyabr – 22 oktyabr)bd3cdbc360d1115d5831dc0e7e1a7fa2

Bu həftə şəxsi münasibətlərinizdə və yaradıcı işlərinizdə aktivlik müşahidə olunacaq. Yeni addımlar atacaqsınız. Ancaq münasibətlərinizdə düşmənlik yarada biləcək hadisələrdən uzaq durmalısınız. Fevralın 14-ü ərəfələrində Ay bürcünüzdə hərəkət edərkən üzərində çalışdığınız məsələləri qaydasına salmağınız daha asan ola bilər. Fevralın 16-sında bir çox insanlarla görüşəcəksiniz. Bu vaxtlarda sevgi həyatınız, uşaqlarla bağlı məsələlər və özünüzü göstərə biləcəyiniz hadisələr içərisində olacaqsınız. Fevralın 18-ində işlərinizə vaxt ayıraraq daha çoxunu görməyə çalışın.


Əqrəb Bürcü (23 oktyabr – 21 noyabr)unnamed-1

Bu həftə ailə ilə bağlı məsələlər və məsuliyyəti üzərinizdə olan işlər gündəmdə olacaq. Ay tutulmasının ardından işinzlə bağlı məsələlər önə çıxa bilər. Bu sahədə yaranacaq yeniliklərə hazır olun. Səhhətinizlə bağlı məsələlərdə diqqətli olmağa çalışın. Fevralın 14-ü ərəfələrində gizli məsələlər ətrafında düşünəcəksiniz. Fevralın 16-sı sizi ağır gün gözləyir. Gününüzü düzgün planlaşdırmağa çalışın. Fevralın 18-indən etibarən isə, rahat hərəkət edə biləcəyiniz və qazanclarınızı artıra biləcəyiniz yeni bir dövr başlayacaq.


Oxatan Bürcü (22 noyabr – 21 dekabr)images

Bu həftə ziyarətlər və görüşlər içərisində olacaq, ətrafınızdakı insalarla birgə daha aktiv günlər keçirəcəksiniz. Cəsarətiniz də yerində olacaq. Xüsusilə sevgi həyatınızda lazımından atrıq aktivlik göstərə bilərsiniz. Maraq dairənizdə olan mövzular və uşaqlarla bağlı məsələlər sizi məşğul edə bilər. Fevralın 14-ü ərəfələrində dostlar və qruplarla birgə yeni hədəflər ətrafında düşünəcəksiniz. Fevralın 16-sında qabiliyyətlərinizdən yaxşı yararlanacaqsınız. Fevraln 18-ində isə,  ailə məsələləri və sizi həssas edən mövzularla maraqlanmağa başlaya bilərsiniz.


Oğlaq Bürcü (22 dekabr – 21 yanvar)capricorn-1000x1000-65

Bu həftə maliyyə məsələləri və xərclərinizlə bağlı mövzulara daha çox vaxt ayıracaqsınız. Eyni zamanda ailənizlə bağlı məsələlər də gündəmdə olacaq. İş həyatnızda olduqca səbrli olmalısınız. Enerjinizin böyük bir hissəsini evə və ailənizə xərcləyə bilərsiniz. Fevralın 14-ü ərəfələrində iş həyatınızda daha dərin düşünməlisiniz. Fevralın 16-sı özünə güvən hissiniz arta bilər və bacarıqlarınızı daha rahat göstərə bilərsiniz. Fevralın 18-ində ətrafınızdakı insanlara daha çox vaxt ayıra bilərsiniz.


Dolça Bürcü (22 yanvar – 19 fevral)

aquarius-horoscope-2015

Bu vaxtlarda Günəş bürcünüzdə irəliləyərkən daha aktiv və qərarlı hərəkət edəcəksiniz. Yeni başlanğıclar və addımlar sizi gözləyir. Sürətli qərarlar qəbul edəcək və daim insanlarla danışıqlar içərisində olacaqsınız. Sözlərinizdə daha təsirli və iddialı olma gücünə sahibsiniz. İstənilən müzakirələrə açıq olacaqsınız. Fevralın 14-ündə uzaqlarla bağlı məsələlərdə müəyyən irəliləyişlər gözlənilir. Düşüncələrinizi yaymaq mövzusunda yaranan fürsətləri düzgün dəyərləndirməlisiniz. Fevralın 18-ində hədəflərinizlə bağlı daha çox mübarizə içərisində olacaqsınız.


Balıqlar Bürcü (20 fevral – 20 mart)

pisces-horoscope-avgust-2016

Bu vaxtlarda hələki qaranlıq qalan məsələlər içərisindəsiniz, ancaq fevralın 18-ində Günəşin bürcünüzdə irəliləməsilə özünüzə güvəniniz artacaq. Bu günlərdə daha çox yükə sahiblənəcək, fədəkarlıq etmək istədiyiniz məsələlərdə nəzarət edə bilmədiyiniz vəziyyətlərə şahid olacaqsınız. Xüsusilə iş həyatınız və maliyyə məsələlərində daha cəsur olacaqsınız. Bacarığınızı göstərə biləcəyiniz günlərdəsiniz. Ancaq xərclərinizə qarşı da diqqətli olmalsınız. Fevralın 18-indən etibarən düşüncələrinizi və planlarınızı daha yaxşı idarə edə biləcəyiniz dövrdə olacaqsınız.