Astrologiya

Ulduz falı: 12 dekabr-18 dekabr (həftəlik)

Zodiac Signs
396views

Türkiyənin ən çox oxunan Astroloq’u, Hakan Kuyucu‘nun həftəlik bürclər yazısını təqdim edirik.

Qoç Bürcü (21 Mart – 20 Aprel)aries

14 dekabrdan etibarən maddi durumunuzda və iş həyatınızda daha məsuliyyətli olmağınız tələb olunur. Riskli planlarınızı bu həftəlik təxirə salın, onlarla özünüzü yormayın. Ancaq özgüvəniniz sayəsində xətasız bir həftə keçirəcəksiniz. Sevgi münasibətləriniz ugurlu davam edəcək. Həm sevgilinzə ayıracağınız vaxt həm də iş həyatınızda daha çox zaman sərf etməyiniz sizi yora bilər. Bu səbəbdən yaxşı qidalanmalı və istirahətə düzgün vaxt ayırmalsınız.

Buğa Bürcü (21 aprel – 21 may)e0773e3286b738973198c5d5e5194f95

Bu həftə mülk və pul gətirə biləcək işlərdə uğur əldə edəcəksiniz. Bəzi planlar quraraq çoxdandır həyata keçirmək istədiyiniz işləri reallaşdıra bilərsiniz, ona çox yaxınsınız. Ancaq kor-koranə iş olmaz, qərarlarda ciddi olmalsınız, hər şeyi ətraflı və dəqiqliklə düşünməlisiniz. Xərclərinizə xüsusi ilə diqqət edin, səhv addımlar planlarınızı yarıda qoya bilər. Şəxsi həyatınızda isə, bu həftə ciddi qərarlar verməkdən çəkinin. Əks cinsə qarşı anlayışlı münasibət sərgiləməyə çalışın. Tez bir müddətdə idmana başlamalısınız əks halda kökələ və formadan düşə bilərsiniz.

Əkizlər Bürcü (22 may – 22 iyun)

1461582730-919748705

Sevgi münasibətlərində ciddi mübahisələr baş verə bilər. Olduqca səbrli mövqe seçməli və yarana biləcək mənfi fikirlərdən uzaq durmalısnız. Qarşılıqlı xoş davranışla hər şeyi yoluna qoya bilərsiniz. İşiniz ilə bağlı bəzi uğur şansları qarşınıza çıxacaq. Onları dəyərləndirməyə çalışın. Bu həftə gələcəyiniz və iş həyatınız ilə bağlı müəyyən düşüncələr içərisində olacaqsınız. Düşüncələriniz sizi doğru tərəfə aparır, zirvəyə qalxan yoldasınız. Bunu hiss edərək daha da əzmkar olacaqsınız. Təbii ki, zəhmət gözəldir ancaq bədəninizi və ruhunuzu çox yormamalısınız. Yuxudan lazımınca yararlanmalı və enerji verən məhsullarla qidalanmalısınız. Xüsusi ilə bu həftə sağlamlığınıza daha çox diqqət edin.

Xərçəng Bürcü (23 iyun – 22 iyul)unnamed

Həyatınızda olan insanın maddi vəziyyəti, sizinlə olan uyğunluğu və düşüncələri haqqında fikirlər içərisində olacaqsınız. Əgər pul məsələlərində sizinlə məsləhətləşmədən addımlar atırsa o zaman aranızda bəzi problemlər yarana bilər. Ciddi mübahisələrdən uzaq olmaq istəyirsinizsə gecikmədən onunla ətraflı hər şeyi oturub danışmalısınız. Sosial həyatnızda da bəzi çətinliklər ola bilər. Belə bir ağır həftədə ən yaxşı çıxış yolu, olduğunuz yerdən bir neçə günlük uzaqlaşmağınız olar. Bu şəkildə biraz sakitləşib daha rahat ola bilərsiniz. Sağlamlığınız ilə bağlı da bəzi problemlər yaşaya bilərsiniz, bu səbəbdən həkimə müraciət etməyiniz yaxşı olar.

Şir Bürcü (23 iyul – 22 avqust)a_df6318bb

14 dekabrdan etibarən ciddi və daha məsuliyyətli davranmağa başlayacaqsınız. Bütün fikirləriniz işinizdə olacaq. Bəzən ruhdan düşə bilərsiniz. Sevgi münasibətlərində da hər şey o qədər ürək açan deyil. Sizin istəkləriniz ilə əks tərəfin istəklərinin uyğun gəlməməsi buna əsas səbəbdir. Ancaq burada bütün hallarda hər şey sizdən asılıdır. Əgər ani davranışlarla sərt reaksyalar vermədən mübahisələri daha sakit həll etməyə çalışsanız, hər şey yoluna düşəcək. Əks halda vəziyyəti daha da çətinləşdirə bilərsiniz. Bu səbəbdən ən yaxşısı bu həfdə dincəlməyə çalışın. Sağlamlığınız qaydasındadır.

Qız Bürcü (23 avqust – 22 sentyabr)virgo-horoscope-2015

Pul və iş mözularında diqqətli olmalısnız. Ciddi şəkildə hər şeyə özünüz nəzarət etməlisiniz. Uzağı görməli və az da olsa hər dəfə irəliləməlisiniz. Sevgi, ailə və sosial münasibətlərinizdə də dərindən düşünərək davranmalsınız. Bu mövzularda qətiyyən tələsməməli, bütün hallarda məntiqli analiz etməli və diqqətli şəkildə qərar verməlisiniz. Bədəniniz sağlamdır ancaq mənəvi enerjinizi artırmalısınız.

Tərəzi Bürcü (23 sentyabr – 22 oktyabr)bd3cdbc360d1115d5831dc0e7e1a7fa2

Təhsil, pul və iş sahələrində irəliləyişlər olacaq. Bu sahələr üzrə atacağınız addımlarda göy üzü sizinlədir. İnkişaf mərhələsini diqqətli incələməlisiniz. Bəzi tərəzilər üçün yeni sevgi münasibətləri yarana bilər. Sosial fəaliyyətlərdə və karyerada uğurlar gözlənilir. Yüksəlişlərə hazır olun. Sağlamlığınız yerindədir, ancaq yenə də mövsümü xəstəliklərdən özünüzü qoruyun.

Əqrəb Bürcü (23 oktyabr – 21 noyabr)unnamed-1

İnsanlarla əlaqələrdə dürüst və düzgün olmağa və ağıllı davranış sərgilməyə çalışın. Əks halda pis fəsadlarını görə bilərsiniz. Romantik mövzularda isə sizi mübahisəli və gərgin günlər gözləyir. Qətiyyən hirsli ağılla qərarlar verməyin. Soyuqqanlı olun və güzəşt etməyə çalışın. Sərt davranışınız üzüləcəyiniz vəziyyətlərə və ayrılıqlara gətirib çıxarda bilər. Gərginlik həm də sağlamlığınıza ziyandır. Stresdən uzaq durmağa və mənəvi gücünüzü artıracaq işlərlə məəğul olmağa çalışın.

Oxatan Bürcü (22 noyabr – 21 dekabr)images

Bütün diqqətiniz sevgi münasibətinizdə olacaq. Əgər sevgi həyatınızda problemlər varsa və onları görməzdən gəlirdinizsə bu dəfə onlara biganə yanaşa bilməyəcəksiniz. Qarşı tərəflə birlikdə problemlərin müzakirəsinə başlayacaqsınız. Artıq bir-birinizi dinləməli və daha aydın başa düşməlisiniz. Bir-birinizə qarşılıqlı hörməti qoruya bilsəniz, həll oluna bilməyəcək problem yoxdur. İş həyatınızda isə bütün fikirlər sizin üzərinizdədir. Layihələrinizi düzgün idarə edərək alqışlana bilərsiniz. Sağlamlığınız ilə bağlı bəzi problemlər ola bilər, həkimə müraciət edin.

Oğlaq Bürcü (22 dekabr – 21 yanvar)capricorn-1000x1000-65

Planlarınızın bəzilərini nəzərdən keçirərək reallaşdıra bilərsiniz. Maddi qzanc və mənəvi rahatlıqla bağlı bəzi qapılar üzünüzə açıla bilər. Bunu dəyərləndirmək üçün iş yoldaşlarınızdan biri və ya dostlarınızdan birindən maddi dəstək ala bilərsiniz. Burada lazım olan əsas məsələ düzgün təqdimatdır. Həyatınızda olan insanla bağlı bəzi problemlər yaşaya bilərsiniz. Belə bir vaxtda vəziyyəti sakitləşdirmək yenə də sizin üzərinizə düşür. Unutmayın ev və ya münasibətlərinizdə yarana biləcək gərginliklər kənardakı uğurlarınıza təsir göstərə bilər. Bu da daim uğur arzulayan bir Oğlaq üçün fəlakət olar. Sağlamlığınız ilə bağlı bəzi problemlər yaşaya bilərsiniz, vaxt keçmədən bir həkimə müraciət edin.

Dolça Bürcü (22 yanvar – 19 fevral)

aquarius-horoscope-2015

Həyatın əyləncəli tərəflərini düşünəcək və onları yaşamaq istəyəcəksiniz. İşlərdən və maddi mövzulardan uzaqlaşıb dostlarınız və ya sevgiliniz ilə vaxt keçirmək arzusunda olacaqsınız. Sizin üçün bəzən ağır keçən bir ilin sonunda təbii ki istirahət haqqınızdır, ancaq unutmayın həyat hələ də davam edir. Əylənin, gəzin, əla vaxt keçirin ancaq gündəlik öhdəliyinizdə olan işlərə də nəzarəti yaddan çıxartmayın. Əks halda özünüzü cətinlikırə sala bilərsiniz. Xüsüsi ilə, kredit və kommunal ödəmələrinizi vaxtında edin. Bu həftə ən çox, istirahətə ehtiyac duyacaqsınız. Əldən düşmək istəmirsinizsə arada istirahətə vaxt ayırın.

Balıqlar Bürcü (20 fevral – 20 mart)

pisces-horoscope-avgust-2016

Bütün fikrinizi şəxsi həyatınıza yönəldəcəksiniz. Bura ailəniz, ortağınız və dostlarınız aiddir. Bu münasibətlərdə bəzi problemlər yaşaya bilərsiniz. Düzgün yanaşma burada ən vacib məqamdır. Danışdığınız qədər qarşınızdakı insanı dinləmək də olduqca qiymətlidir. Bu yanaşma həm problemlərinizi həll edər həm də mübahisələrə son qoyar. İlin sonuna gəldikcə işdəki məsuliyyətləriniz də artacaq. Yorulmamaq üçün işlərinzi paylaşmağa çalışın. Əks halda psixoloji olaraq düşə bilərsiniz.