EurovisionŞəbəkə

Ukraynanın Eurovision 2017 loqosu mübahisə yaradıb

Eurovision 2017 Azerbaijan logo
346views

Ukraynanın bu il ev sahibliyi edəcəyi Eurovision Mahnı Müsabiqəsi üçün seçdiyi loqo mübahisələrə səbəb olub.

Eurovision Mahnı Müsabiqəsində keçən il birinci olan Ukrayna, mayda ev sahibliyi edəcəyi müsabiqə üçün düşündürücü bir loqo seçib.

‘Müxtəlifliyi qeyd edin şüarı’ ilə keçiriləcək müsabiqə üçün əslində hər muncuğu fərqli naxışlara malik ənənəvi bir boyunbağı olan namistodan götürülən bir loqo seçilib. Ancaq loqo görünüşü etibarilə sosial media istifadəçiləri arasında mübahisələrə səbəb olub. İstifadəçilərdən bəziləri loqonu kolbasaya, bəziləri kruvasan və ya kəmərə, bəziləri Ukraynanın keçmiş Baş Naziri Yuliya Timoşenkonun məşhur saç hörgüsünə və s. bənzədiblər.

https://twitter.com/oh_gro/status/826045113088503808