Psixoloji yanaşma

Uğursuz olmağımızın 10 səbəbi

811views

Qazandığımız uğura müxtəlif səbəblər tapa bilərik. Uğursuzluğumuzun səbəbini isə özümüzə belə izah etməkdə çətinlik çəkirik. Bəs işlərinizin uğursuz getməsinin səbəbi kimi nəyi göstərə bilərik?

Yaaz.az sizə 10 həlli yolunu göstərir:

1.Vaxtın dəyərini bilmirik

Uğur qazanmış insanlar sərf etdikləri vaxtın dəyərini bilirlər, məhz buna görə də uğur əldə edirlər. Bəs biz, adətən,  vaxtımızı necə keçiririk?

Facebook və İnstagrama daxil ol, şəkilləri bəyən, maraqlı saytlar aç, yazıları oxu, gülməli video-çarxlar izlə və s. Bir gün, bir ay, bir il öncə qurduğumuz planlar: daha çox oxuyacam, daha çox çalışacam, dil öyrənəcəm – reallaşmır. Vaxt isə uçub gedir.

Vaxtımızı idarə etməyi öyrənsək, özümüzə “yox” deməyi bacarsaq vaxt itkisi problemi aradan qalxar

2.Məqsədimizə uyğun olmayan işlər görürük


“Öz dəyərlərimizi biliriksə, qərar qəbul etmək çətin deyil” Roy Disney


Çoxumuz məşğul olmaqla,məhsuldar iş görməyi səhv salırıq. Məhsuldar işi məşğuliyyətdən asılılığını düşünmək düzgün deyil. Belə düşünən insanlar məşğuliyyət naminə hər işdən yapışırlar, nəticədə isə uğursuzluqla üzləşirlər. Öz dəyərləri və hədəfləri üçün çalışmayan insan gücünü və vaxtını əbəs yerə sərf edir.

Hədəflərimizin siyahısını tutduqdan sonra çalışmağa başlasaq daha az yorular və daha uğurlu işlərə imza atarıq.

3.Məsuliyyətdən qaçırıq

Müdir “yaxşı adam” olmaya bilər, işimizə nifrət də edə bilərik – bunlar işimizi yarımçıq, ala-babat görməyimizə səbəb olmamalıdır. Niyə? Çünki vəziyyətdən asılı olmayaraq, biz həyata keçirdiyimiz işə qarşı məsuliyyətli olmalıyıq. Ağıllı insanlar ətraf təsirlərə baxmayıb, gördükləri hər işə qarşı məsuliyyət hiss edirlər.

Həyatın əsas qanunlarından biri də çəkilən əməyin qarşılığını verməkdir.

4.Özümüzə sərhədlər qoyuruq

“Riyazi biliyim zəifdir”, “humanitar fənnləri anlamıram”, “öz biznesimi qurmaq üçün yetərincə sərt deyiləm” – bütün bunlar uğursuz insanların özlərinə qoyduğu sərhədlərdir. Bacarıqlarımızın məhdud olduğunu unutmalıyıq. Başqalarının bizdən daha ağıllı, istedadlı olduğunu düşünməməliyik.

Daha çox səy göstərsək, həyatın bizə verdiyi bütün ehtiyyatlardan istifadə etsək uğur qazanarıq.

5.Bəhanə ustasıyıq

Adətən bütün uğursuzluqlarımızın məntiqi açıqlaması olur, işlərin yaxşı getməməsinin daima bizdən asılı olmayan, “xarici” bir səbəbi var. Bəhanə uydurmaq əvəzinə isə fydalı bir işlə məşğul ola bilərik.

Uğursuz olmağımazın səbəbi – özümüzük – bu tək məntiqi açıqlamadı.

ugur3

6.Ünsiyyət qurmağı bacarmırıq

“Ən azından, mən dürüstəm”, “Mən olduğum kimiyəm, bununla barış” kimi cümlələri uğur qazana bilməyən insanlar qurur. Onlar bir əsası olmadan özlərindən razıdırlar. Xoşumuza gələn adamla ünsiyyət qurmağa nə var ki? Bəs sevmədiyimiz adamla necə? Hələ üstə gəl, əsəbi ikən.

Öz üzərimizdə çalışıb, insanlarla xoş münasibət qurmağı bacarsaq uğurlu bir insana çevrilmiş olarıq.

7.Hər işi sonraya saxlayırıq

“Mən – prokristinatoram” – bu ifadə tənbəl insanlar arasında dəbə minib. Onlar bu kəlimənin əslində “mən vaxtın dəyərini bilmirəm” kimi səslədiyini unudurlar. Adətən “sabah mütləq edəcəm” deyib qarşıda yeni bir günün olduğuna ümid edirik, bu isə vaxt itkisinə səbəb olur.

Sabah – bizim tamamilə başqa işimiz olacaq, bu günün işini isə bu gün həll etməliyik.

8.Hərəkət etmirik

Gözəl səyahət xəyalları qururuq, 5-10 il sonra özümüzü ən uğurlu proyektlərin başında görürük. Bəs bunun üçün hərəkət edirikmi?  Bunlar gələcəkdə dost-tanış yığıncaqlarında danışacağımız “dahiyanə, lakin reallaşdırılmayan planlar” siyahısına düşür.

Unutmayaq ki, qurduğumuz hər xəyalın reallaşma şansı böyükdür. Sadəcə, hərəkət etməliyik.

9.Çətinliklərlə mübarizə aparmağı bacarmırıq

Üzləşdiyimiz bütün çətinliklər bizim təsəvvür etdiyimiz qədər çətindir. Əgər diskomfort hiss etdiyimiz anda vəziyyətə təslim olsaq – uğur bizdən yan keçəcək. Yağışsız göy qurşağı çıxmadığı kimi, qarşımıza çıxan çətinliklərlə mübarizə aparmasaq uğur əldə etməyəcəyik.

Qorxularımızla üzləşməsək, nəyə malik olduğumuzu öyrənməyəcəyik.

10.Laqeydik

Bilmədiyimiz mövzulara qarşı hissiz, laqeydik. Çox vaxt “hamı” etdiyi üçün edirik. Öz fikrimizi bildirməyin əziyyətini belə çəkmək istəmirik.

Öz bacarıqlarımızdan maksimum istifadə etsək, istədiyimiz işlə məşğul olsaq, ətrafa qarşı diqqətli olsaq – uğura bir addım daha yaxın olarıq.