Psixoloji yanaşma

Uğurlu və xoşbəxt insan olmaq üçün nə etməliyik?

625views

Xoşbəxtlik – əziyyətlərinizin qarşılığında verilən mükafat yox, düşüncə tərzinizdir, ruhunuzun indiki halıdır.

Daphne du Maurier

Həyatımıza “tamaşaçı” olanlar bizi xoşbəxt və ya uğurlu hesab edə bilər. Xoşbəxtliyin qərarını biz verməli, uğur qazanmaq üçün əmək sərf etməliyik. Bu isə o deməkdir ki, hər şey kənardan göründüyü qədər asan deyil. Yəni heç kim “parlaq ulduz” altında doğulmur, amma hər kəs o ulduza çatmaq istəyir.

Bizim uğurlu və xoşbəxt hesab etdiyimiz insanlar bizdən fərqli olaraq nə edirlər?


Yaaz.az uğurlu və xoşbəxt olmağın şərtlərini sizinlə bölüşür:

 


  1. Uğurlu insanlar kim olduqlarını və kim olmaq istədiklərini yaxşı bilirlər. Biz düşünürük ki, çox iş – çox qazanc gətirir, daha çox işdən yapışırıq, başqaları ilə yarışırıq, özümüzə az güvənir və gücdən düşürük. Buna görə də uğurumuzun təsdiqini maddi şeylərdə axtarırıq: yüksək maaş, bahalı geyimlər, şəhərin ən gözəl yerlərində fotolar və s.

Xoşbəxt insalar bu tələlərə düşmürlər, çünki onların başqalarının verəcəyi nə təsdiqə nə qiymətə ehtiyacları var. Onlar özlərini daha yaxşı anlayır, qəbul edirlər. Qəbul onlunmuş standartlar və şablonlar onlara təsir göstərmir. Bu insanlar gördükləri işin unikallığından, təkrar olunmazlığından əmindirlər, ona görə də özlərini heç kimlə müqaisə etmirlər.

 

  1. Hədəflərini müəyyənləşdiriblər. Çoxumuz birinin göydən enib sehrli çubuqla həyatımızı qaydasına salacağına inanırıq. İstədiyimiz işlə yox, ictimaiyyətin dəyərləndiyi işlə məşğul oluruq, gözümüzü nüfuz və şöhrətlə boyayırıq.

Uğurlu insanlar isə ictimaiyyətin yox öz ideallarının və dəyərlərinin apardığı yolda xoşbəxtliyə doğru irəliləyirlər.

 

  1. Başqalarının işləri ilə maraqlanmırlar. Çoxları başqalarını müşahidə edərək vaxt sərf edir. Özlərini digərləri ilə müqaisə edir, yarışmağa çalışırlar.

Xoşbəxt insan başqalarının işlərindən danışmır, öz işini daha yaxşı görmək üçün vaxtını işinə sərf edir.

hs2

  1. Başqalarının onlar haqqında düşündükləri elə də vacib deyil. İctimai qınaqdan qorxmaq – xoşbəxtliyimizin və uğurumuzun ən böyük düşmənidir. Koko Şanel yaxşı bir söz demişdi: “Sizin mənim haqqımda nə düşündüyünüz heç vecimə deyil. Mən sizin haqqınızda heç düşünmürəm.”

Uğurlu insanlar özlərini məhsuldar işə, onlara dəyər verənlərə həsr edirlər. Bu isə onları ictimai qınağın qurbanına çevrilməkdən qoruyur.

 

  1. Onlar humanistdirlər. Başqalarının fikirlərinə laqeyd olsalar da, xoşbəxt insanlar humanistdirlər, onlar insanlığa fayda vermək istəyirlər. Ətraflarında baş verən hər şeyə qarşı diqqətlidirlər.

Sevgi – bizi hərəkət etməyə vadar edir. Sadəcə hiss olaraq qalan sevgini sevgi adlandıra bilmərəm.

Van Qoq

Xoşbəxt insanlar sevməyi və qayğı göstərməyi bacarırlar.

hs7

  1. Uyğun zamanı gözləmirlər. Biz xəyallarımızı sonraya saxlayırıq, onlar isə uyğun zamanın indi, məhz bu an olduğuna inanırlar. Çünki onlar lap öncədən bu an üçün çalışırdılar, bu ana, özlərinə inanırdılar.

 

  1. Kömək istəməkdən çəkinmirlər. Güvənmək və cəsarətli olmaq – xoşbəxt və uğurlu insanların ən yaxşı xsüsiyyətlərindəndir. Saxta qürur onların yolunu kəsmir: güvəndikləri insanlara məsləhət üçün müraciət edir, kömək istəməyi bacarırlar.