Futbol

UEFA-nın yeni dəyişikliklərinin Azərbaycan klubları üçün mənfi və müsbət tərəfləri

659views

UEFA-nın İcrayə Komitəsinin iclasında Çempionlar Liqası və Avrpopa Liqasının formatında dəyişikliklər barədə mühüm qərarlar qəbul edilib.

Bu dəyişikliklər 2018/2019 mövsümündən qüvvəyə minəcək.

Dəyişikliklərin Azərbaycan futbolu üçün ən mənfi tərəfi Çempionlar Liqası ilə bağlıdır. Belə ki, turnirin qrup mərhələsinə düşmək üçün artıq bizim çempion 4 mərhələ keçməli olacaq (əvvəl bu göstərici 3 idi). Bunun da başlıca səbəbi böyük futbol dövlətlərinin təmsilçi sayının artmasıdır. Çempionlar Liqasında seçmə mərhələnin “çempion yolu” ilə yalnız 4 klub qrup mərhələsinə vəsiqə qazanacaq (əvvəl – 5).

Amma bununla bərabər çempionumuz üçün Avropa Liqasının qrup mərhələsinə düşmək daha asan olacaq. Çempionlar Liqasının seçmə mərhələsində istənilən mərhələdə məğlub olan klub Avropa Liqasının seçmələrinə vəsiqə qazanır. Orada isə bu turnir üçün yeni olan “çempionlar yolu” açılır. Bu yolda isə çempionumuz ilk 10-luqda qərarlaşan ölkələrin klubları ilə qarşılaşa bilməz. “Çempionlar yolu” ilə Avropa Liqasının qrup mərhələsinə 8 vəsiqə veriləcək.