Səyahət

Ucuz və münasib səyahət üçün ən uyğun şəhər və ölkələrin adları açıqlandı

476views

Səyahətçilər üçün beynəlxalq jurnala çevrilmiş Lonely Planet, 2017-ci ildə cibinizə ən münasib ölkə və şəhərləri müəyyən edib. Siyahının tərtibçiləri Monqolustan, Oman, Bermud və Finlandiyaya diqqət yetirməyimizi məsləhət görürlər.

Bütöv siyahıya nəzər salın:

1.Bermud adaları

sey2

Ada həm idmanla məşğul olmağa, həm də çimərlik istirahətləri üçün ideal iqlimə sahib məkandır. Bermud üçbucağı və ya Şeytan üçbucağının sirri məlum olduqdan sonra, artıq bu adalara getmək həm münasib, həm də təhlükəsizdir.

2.Dominikan

sey3

Ölkə demək olar ki, təbiəti olduğu kimi qoruyub saxlaya bilib. Bura səyahət zamanı həm fiziki və mənəvi yorğunluğunuzdan azad olacaqsınız.

3.Kanada

sey4

Gənc baş nazir Justin Trudeau-nun səyi nəticəsində Kanada daha da baxımlı və görməli ölkəyə çevrilib. Zəif Kanada dolları da ölkəyə səyahəti daha da əlverişli edir.

4.Kolumbiya

sey5

Kolumbiya siyahının ən qonaqpərvər ölkəsi hesab olunur. Roma Papasının ölkəyə səyahəti isə  turist axınına səbəb olacağı gözlənilir.

5.Myanma

sey6

Bu siyahının tərtibçiləri Myanmanı kilsələrin “zaman və məkan portalı” adlandırırlar. Həqiqətəndə, ölkə fərqli dövrlərdən müxtəlif tərzli tikililəri ilə turistləri cəlb etməyi bacarır.

6.Monqolustan

sey7

Ölkənin paytaxtı Ulan-Batorda sürətlə göydələnlər salınmaqdadır. Yəni, Moqnolustan artıq təsəvvür etdiyiniz kimi görünmür, inkişaf edir. 2017-ci ildə paytaxtda çox saylı turistləri qarşılamaq üçün, yeni havalimanın açılışı planlaşdırılır.

7.Nepal

sey8

Tərtibçilər səyahət həvəskarlarına həm xoş, həm də bütün dünyaya faydalı olacaq bir səyahət təklif edir – Nepal. 2015-ci ildə dağıdıcı zəlzələdən sonra ölkəyə pul lazımdır, və turist axını bu məsələni həll etməyə kömək edə bilər.

8.Oman

sey9

Oman da turistləri cəlb etmək üçün çalışır. Hökümət ailəvi istirahət üçün nəzərdə tutulmuş, Majarat adlandırılan futuristik parkın tikilisinə 120 milyon dollar sərf edib.

9.Finlandiya

sey10

Əgər bu ölkəyə səyahət planınızda var idisə, onda bu planı 2017-ci ildə reallaşdırın. Çünki Finlandiya öz müstəqilliyinin 100 illiyini çox saylı sərgilər və festivallarla qeyd edəcək.

10.Efiopiya

sey11

Nadir flora və fauna, xüsusi təqvim (bu təqvimdə bir il – 13 aya bərabərdir) və, əlbəttə ki, qəhvə – ekzotikanı sevənlər üçün Efiopiya ən doğru məkandır.

Gələn il səyahət edilməli şəhərlərin siyahısına isə, görmək arzusunda olduğumuz şəhərlər düşüb. Odur ki, gələn il mütləq bu şəhərlərdən birinə səyahət etməliyik!

Münasib səyahət üçün nəzərdə tutlmuş şəhərlərin siyahısına Bordo, Keyptaun, Lizbon, Merida, Moskva, Ohrid, Pistoya, Portlend, Oreqon, Seul şəhərləri daxil olublar.