AvtomobilMobil

“Uber”dən hədiyyəli yeni aksiya

175views

“Uber”, texnologiyanın imkanlarından istifadə edərək Bakı şəhərində daha sağlam mühit yaratmaq niyyətindədir.

Tədqiqatlar onu göstərir ki, güclü immunitetə malik olan insanlar qrip virusunun yayılma riskini 50-60% aşağı salır. Bunları nəzərə alaraq “Uber” şirkəti şəhər üzrə tam pulsuz olaraq çəmən balının çatdırılmasını təşkil etməyi qərara alıb.

UberBal-ı necə sifariş etmək olar:

– noyabrın 30-da saat 12:00-dan 15:00-dək “Uber” mobil tətbiqinə daxil olmaq (uber.com/app);
– ekranın aşağısındakı slayderi çəkərək “UberBal” opsiyasını seçmək və yerləşdiyiniz məkanı göstərib bal sifariş etmək;
– bir neçə saat ərzində “Uber” kiçik hədiyyəni çatdıracaq.

Bundan başqa, bütün yeni “Uber” istifadəçilər bal ilə yanaşı 50%-lik güzəştlə 2 gediş əldə edəcəklər.

Bunun üçün lazımdır:

– “AppStore”, “Google Play” və ya “Windows Phone”dan mobil telefona “Uber” proqramını yükləmək;
– qeydiyyatdan keçmək və bu zaman “Uber-Bal” promo-kodunu daxil etmək;
– yerləşdiyiniz ünvana Pulsuz Bal sifariş etmək.

Qeyd edək ki, “Uber” şirkəti Bakıda 2015-ci ilin aprel ayından etibarən fəaliyyət göstərir.