Futbol

U-21 bu gün növbəti oyuna çıxır

268views

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün 2017-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxır. Gənclərimiz Farer adalarından olan yaşıdları ilə üz-üzə gələcək. Bu tura qədər 2 oyunda qələbə qazanan Yaşar Vahabzadənin başçılıq etdiyi komanda daha bir qalibiyyət əldə etsə, tarixi nailiyyətə imza atacaq. Çünki 21 yaşlı futbolçularımız indiyədək heç bir seçmə mərhələdə 3 qələbə qazanmayıb.

Qrupun ən zəif komandası hesab edilən Farer adalarını səfərdə 1-0 məğlub edən yığmamızın bu istəyini reallaşdırmaq şansı yüksəkdir. Hazırda aktivində 7 xal olan Azərbaycan millisi 10-cu xalı qazansa, 22 illik tarixin yeni rekordunu müəyyənləşdirəcək. Amma rekord mənasında, bu da son deyil. Əgər Farer adaları ilə qarşılaşmada 3 top vursaq, qolların sayı 10 olacaq ki, bu da seçmə mərhələlərdə ən yüksək nəticə kimi futbol tariximizə düşəcək.

Hazırda komandamızın yarışdığı 7-ci seçmə qrupda turnir cədvəlində vəziyyət belədir:

qrup 7

 

Elnur Cəfərov
idman xəbərləri yazarı