DünyaSağlamlıq

Türkiyədən inqilab edəcək yenilik | Özəl xəstəxanalarda da xərçəng əməliyyatı xərclərini dövlət ödəyəcək

211views

Türkiyənin Səhiyyə Nazirliyi, dünyada bir ilkə imza ataraq özəl xəstəxanalarda edilən bütün xərçəng əməliyyatları və müalicələrini pulsuz edəcək.

Səhiyyə Naziri müavini Prof. Dr. Eyüp Gümüş, xərçəng müalicəsində inqilab edəcək bu yeni tətbiq ilə bağlı Türkiyənin Sabah qəzetinə danışıb.

yaaz.az foto Eyup Gumus

Prof. Dr. Eyüp Gümüş, “Pulsuz səhiyyə xərcləmələrində Türkiyə xəstəyə qarşı ən comərd ölkə sayılır. Dövlət xəstəxanalarında vətəndaşlarımız üçün bütün müayinə və müalicə üsulları tətbiq olunmaqdadır. Ancaq buna baxmayaraq vətəndaşlarımızın 100-də 17 faizi xərclərini öz cibindən ödəyir. Çünki, xərçəng xəstələri və bəzi özəl müalicəyə ehtiyac duyan vətəndaşlarımız özəl xəstəxanalara üz tutur.

Ailələr üçün ən çox problem yaradan xəstəlik xərçəng xəstəliyidir. Hal hazırda ailədə bir nəfər xərçəng olduğunda ən yaxşı həkim kimdirsə ona getmək tələb olunur. Və ailə bütün fədakarlığı edir. Xərçəngin müddəti, nəzarət, şüa müalicəsi və bir çox müayinələr var ancaq əsas pul, əməliyyata xərclənir. Əməliyyat üçün 50 min TL tələb olunur. Ailə borc alır, yeməyindən kəsir, evini, avtomobilini satır. Nəticədə müalicə müddəti, istər müvəffəqiyyətli istər müvəffəqiyyətsiz olsun ailə iqtisadiyyatını məhv edir.

Prezidentimiz xərçəng əməliyyatlarından özəl xəstəxanaların fərq yaratmaması üçün təlimat verib. Bunu həyata keçirmək üçün SGK ilə birgə çalışırıq. Sağlamlıq Tətbiq Təbliği’ndə (SUT) tənzimləmə edərək xüsusi xəstəxanaların xərçəng əməliyyatı qiymətlərini artıracağıq. Dövlət bütün xərcləri mən verəcəm ancaq xəstədən pul almayın deyəcək. Bir xərçəng xəstəsi bütün müalicə müddətində özəl xəstəxanada özəl həkimdən müalicə almaq istəyirsə, şüa müalicəsi, dərmanları və əməliyyatında cibindən 5 qəpik belə ödəməyəcək . Bunun xərci 1 milyard belə olsa, 1 milyard ödəyəcəyik. Yeni ildən etibarən ümumi vəziyyət qiymətləndirməsi edəcəyik” deyə müsahibəsində bildirib.