MusiqiTV

Türk Bayrağı, Aylan və Umran Black Eyed Peas’in ‘Where is the love?’ klipində yer alıb

958views

Dünyaca tanınmış qrup Black Eyed Peas ‘Where is the love?’ mahnısının klipində üzərində Türk Bayrağı olan şəhid bir qadın, Yunanıstana keçmək istəyərkən boğulan Aylan körpə və baxışları ilə dünyaya mesaj verən Umran körpənin görünüşlərini istifadə etdi.

resized_ebc54-0dd59015aylanbebek

Dünyaca məşhur ABŞlı musiqi qrupu Black Eyed Peas 13 il sonra ‘Where is the love?’ adlı mahnılarını yenidən səsləndirdilər. 11 sentyabrdakı hücumlardan sonra yazılan mahnı, bu səfər daha universal bir mesaj üçün yenidən təşkil edildi. Bu dəfə bir çox məşhur adlarda onlara yoldaşlıq ediblər.
Üç gün əvvəl Youtubedə nəşr olunan mahnının yeni versiyası böyük səs gətirdi. Mahnı indiyə qədər 3 milyondan çox izləndi. Məşhur qrup dünya daxilində artan terror hadisələri və köç mövzusuna diqqət çəkmək üçün yeni bir tənzimləmə etdiklərini ifadə ediblər.
Yeni klip; ailəsiylə birlikdə Türkiyədən Yunanıstana sığınacaq axtaran şəxslər olaraq keçmək istəyərkən həyatını itirən Aylan körpənin sahilə vurmuş görünüşü ilə başlayır. Suriyada yaşananların izah edildiyi görünüşlərin sıxlıqla iştirak etdiyi videoda Fransa, Belçika və Orlando’da yaşanan terror və şiddət hadisələri də iştirak edir.
Black Eyed Peas, Türkiyədə yaşananları da görməzlikdən gəlməmiş və Türk bayrağına sarılı vəziyyətdə şəhid olmuş bir qadının fotoşəkilini da klipdə istifadə edib.

resized_a1029-e0f839b5turkbayragi

Videonun sonunda isə baxışlarıyla dünyaya mesaj verən Ümran körpənin görünüşlərinə yer verildi.

Justin Timberlake, Pink, Kendall Jenner, Nicole Scherzinger, Jessie J və Usher, kimi bir çox məşhur ad bu mahnıda Black Eyed Peas’ə yoldaşlıq etdilər.

Mahnı, “Ən Yaxşı Rap mahnısı” olaraq 2016 Grammy Mükafatlarına namizəd göstərildi.

resized_f0b01-79c2870eumran

Qrupdan biri olan Will.i.am. verdiyi bir reportajda mahnıdan əldə etdikləri bütün gəliri uşaqların təhsili üçün istifadə edəcəklərini söylədi. Will.i.am. “Əgər uşaqlara yaxşı təhsil verə bilsəydik həm Amerikada, həm də bütün dünyada belə şeylər olmazdı” ifadəsini istifadə edib.