Dünya

Tualet axtararkən 49 min illik yaşayış yeri tapıldı

349views

Tualet axtararkən 49 min illik yaşayış yeri tapıldı.

Avstraliyada maşını ilə gedərkən tualet ehtiyacını aradan qaldırmaq üçün bir yerdə duran Clifford Coulthard adlı adam, bölgənin yerliləri olan Aborjinlərə aid 49 min illik yaşayış yeri tapıb. Tapılan ərazi sahəsinin Avstraliyadakı ən köhnə Aborjin yaşayış sahəsi olduğu ifadə edilir. Bu kəşf həmçinin insanların ‘megafauna’ olaraq bilinən böyük və nəhəng heyvanlarla əlaqəsinin varlığına dair ilk etibarlı dəlil da olub.
Arxeoloq Giless Hamm “Təbiət çağırdı və Cliff gedib bu inanılmaz sənət əsərini kəşf etdi. Tualet axtararkən Avstraliya tarixinin ən əhəmiyyətli bölgələrindən birini tapdı” deyə məlumat verib.

https://www.youtube.com/watch?v=vE_vwjdIBpc