Dünya

Trumptan sonra ABŞ Prezidenti Mark Zuckerberg olacaq?

US President Barack Obama speaks as Facebook CEO Mark Zuckerberg looks on during a town hall meeting April 20, 2011 at Facebook headquarters in Palo Alto, California. AFP PHOTO/Mandel NGAN (Photo credit should read MANDEL NGAN/AFP/Getty Images)
664views

Facebookun qurucusu Mark Zuckerbergin 2020 ya da 2024də prezident ola biləcəyi bildirilir.

Ötən il noyabr ayında ABŞ seçimini edib və məşhur iş adamı Donald Trumpı prezident seçdi. Bir çox yerdə bir sonrakı prezident üçün birgə ünvan göstərilir. Prezidentliyə namizədliyini açıqlayacağı danışılan və bu istiqamətdə addımlar atdığı bildirilən adam Facebookun yaradıcısı Mark Zuckerbergdir.

Seçicilərin nə qədərinin like edəcəyi məchuldur ancaq 2020 və ya 2024 seçkilərinə namizəd olaraq çıxacağı hətta bir əvvəlki Prezident Barak Obamanın qrupundan işə qəbullar edəcəyi bildirilir. Obamanın kampaniyasının başındakı adam David Plouffe, xeyriyyəçi Chan – Zuckerberg Təşəbbüsünə qoşulub. Aylıq 1.8 milyon aktiv istifadəçisi olan Facebookun qurucusu olan Zuckerberg hazırda dünyanın ən zəngin altıncı insanıdır.

Hələ 32 yaşında olan gənc milyarderin prezident olması üçün ən az üç ili var. Çünki ABŞ-da prezidentlik üçün 35 yaş həddi var. Zuckerbergin yoldaşları ilə evində apardığı səmimi söhbətlərdə bu məsələni açdığı və prezident olmaq istədiyi yönündə söz-söhbətlər də danışılmaqdadır.