Dünya

Trump’ın Meksika sərhədddinə divar hörmək fikri nə dərəcədə realdır?

Meksika ABS seheddi
252views

ABŞ prezidenti Donald Trump, ölkəsi ilə Meksika arasında “böyük, hündür, güclü və gözəl” bir divar inşa etmək istəyir.

Ancaq hansı hündürlükdə? Nə qədər güclü? Necə gözəl?

ABŞ-ın Meksika ilə sərhədi 3 min 100 kilometr uzunluğundadır və bölgə fərqli çöğrafi quruluşa sahibdir.

Sərhəddin təxminən min kilometrlik hissəsi hal hazırda artıq köhnəlmiş hasarlar və ya ona bənzər strukturda hörülmüş beton bloklardan ibarətdir.

Trump kampaniyası boyunca “Divar sadə hasarlardan daha yaxşıdır, çünki daha güclüdür” deyirdi.

Belə bir divar üçün beton istifadəsi şərtdir. New Yorklu Ali Rhuzkan adlı mühəndisin hesablamalarına görə sərhəddi bütünlüklə divardan hörmək üçün 339 milyon kubmetr beton lazımdır. Bu hesablamalarda, yerin altında 1,5 metr, yerin üzərində isə 6 metr hündürlüyündə bir divar nəzərdə tutulur. Trump isə bu günə qədər divarın hündürlüyünün nə qədər olacağıyla bağlı çıxışlarında 9 metrdən 17 metrə qədər müxtəlif ölçülərdən bəhs edir.

Sərhəddin təkçə min 600 kilometrində belə bir divar hörmək üçün böyük miqdarda beton istifadə etmək lazımdır. Bu miqdarda betonu əldə edə bilmək üçün isə sərhəd bölgəsinə yaxın yerlərdə sırf bu divara beton istehsal edə biləcək fabriklərin qurulması zəruridir. Bu da nəhəng investisiya, istehsal və işçi qüvvəsi xərcləri tələb edir.

yaaz.az ABŞ və Meksika sərhəddinə divar

Bəs yaxşı bu xərclər neçəyə başa gələcək?

“Hündür bir divar inşa edəcəyəm və inanın, heç kəs məndən daha yaxşı divar hörə bilməz, üstəlik onları çox ucuza hörəcəm”.

Donald Trump, inşaatın 10-12 milyard dollar arası bir xərci olacağını söyləyir. Lakin tədqiqatçılar və mühəndislər bu rəqəmin daha çox olacağını düşünür.

Mövcud min kilometrlik hasarların xərci belə 7 milyard dollardır. Üstəlik Trump’ın “böyük, hündür, güclü və gözəl” dediyi divarın tərifinə də uyğun gəlmir.

Xərcin ciddi miqdarda artmasına gətirib çıxaracaq bir digər məsələ də Trump’ın divarı boş və dağlıq bölgələrdə də inşa etmək fikrində olmasıdır. İnşaat və işçi qüvvəsi xərcləri ilə bərabər divarın keçəcəyi ərazilərdə xüsusi mülkləri satın alma və ya müsadirə etmə xərclərini də buraya əlavə etmək lazımdır.

Washington Post qəzetinin apardığı araşdırmalara görə inşaatın xərci 25 milyard dollara yaxın olacaq.

yaaz.az ABŞ və Meksika sərhəddinə divar

Bəs bu pulu kim ödəyəcək?

Donald Trump, bununla bağlı bir ara çox düşündü.

İlk öncə Meksikanın pulu ödəyəcəyini söyləyən Trump, Meksikadan gələn “Biz ödəməyəcəyik” fikrinin ardından, divarın ABŞ tərəfindən maliyyələşdiriləcəyini, ancaq ardından Meksikanın bu pulu ABŞ-a verməsini təmin ediləcəyini bildirdi.

yaaz.az ABŞ və Meksika sərhəddinə divar

Divar hörülərsə təbiətə hansı təsirlər olacaq?

ABŞ və Meksika arasında sərbəst hərəkət tək insanların deyil həm də heyvanların haqqıdır. İki ölkə arasındakı sərhəd bölgəsində heyvanların davamlı sərhədi keçdiyi incə bir ekosistem var.

Sərhəddəki bəzi növlərin törəməsi üçün sərhədin digər tərəfinə keçməsi vacibdir. Bunların arasında nəsli tükənməkdə olan Şimali Amerika Jaguarı və qara ayılar da var. Qara ayıların Meksika ayılarıyla cütləşməməsi, nəsillərinin təhlükə altına girməsinə gətirib çıxaracaq.

yaaz.az ABŞ və Meksika sərhəddinə divar

Divarla əlaqədar bir digər problem də su basan bölgələrdə topaq sürüşmələrinin olmasıdır. Belə bir vəziyyətdə torpağın hərəkət etməsi, divarın aşmasına səbəb olacaq.

Və son olaraq Divarın varlığı sözsüz ki təbiət mənzərəsinə öz təsirini göstərəcək. Trump, “çox gözəl” divar hörməyə çalışsa da, yol tikintisi və 17 metr hündürlüyündəki bir divarın görünüşü bölgənin mənzərəsini dəyişdirəcək.