Siyasət

Trump necə oldu ki qazandı? | Qalibiyyəti gətirən 5 səbəb

782views

Donalt Trump’ı Amerika Birləşmiş Ştatları Prezidenti edən uğurun 5 kiçik hekayəsi.

ABŞ’ın 45-ci prezidenti bəzi tənqitçiləri və təxmin edilən sorğuları yanıldaraq inanılmaz bir sürprizə imza atan, Donald Trump oldu.

Trump, Hillary Clinton’u məğlub edərək çox çətin görsənən belə bir uğuru necə qazandı? Ağ Evin sahibi olmaq uğrundakı bu mübarizədə belə bir çətin zəfərin arxasında hansı səbəblər dayanır?

İngiltərənin televiziya kanalı BBC, Trump’ın bu qalibiyyətini daha dərindən araşdırıb. BBC’nin ABŞ müxbiri Anthony Zurcher’in yazdığı məqalə, Trump’ın qazanmasının səbəblərini 5 maddə ilə bir yerə toplayıb.

yaaz.az foto Amerikanin yeni prezidenti Donald Trump

1. AĞ DƏRİLİ AMERİKALILARIN DALĞASI

Ağ dərili Amerikalıların dəstəyini alan Trump, Ohio, Florida və North Carolina kimi böyük ştatlarda insanları özünə cəlb edən namizəd oldu. Bu uğur Hillary Clinton’un gözlədiyi səslərin də qarşısını kəsdi.

Respublikaçılar Partiyasına verilən səslərin əvvəlki seçkilərə nisbətən daha çox olmasını vurğulayan mütəxəssislər, qalibiyyəti gətirən nəticənin əsas və birinci səbəbi kimi ağ dərili insanların Trump’a olan inamında gördü.

yaaz.az foto Amerikanin yeni prezidenti Donald Trump

2. HAMI İLƏ DAVA ETDİ VƏ BU ŞƏKİLDƏ GÜCLÜ PROFİL SƏRGİLƏDİ

Trump belə bir uzun yolda seçki kompaniyası boyunca, hər hərəkəti ilə mediaya maraqlı bir material oldu. Bəs necə oldu ki bütün bunlara baxmayaraq Trump seçkiləri qazandı?

Bunun arxasında dayanan tək səbəb, Trump’ın bütün olanlara baxmayaraq daim hər kəsin qarşısında güclü dayanması idi. Başqa  bir dildə desək, bütün qalmaqallara baxmayaraq Trump zəiflik göstərmədi və bu şəkildə tərəfdarlarının sevgisini qorudu və daha da gücləndirdi.

yaaz.az foto amerika birleshmish shtatlari prezidenti Donald Trump

3. HƏM RƏQİBİ İLƏ HƏM DƏ ÖZ PARTİYASI İLƏ MÜBARİZƏ APARDI

Trump, ABŞ siyasi arenasının bəlkə də ən böyük iki ailəsini (Bush ailəsi və Clinton ailəsi) yıxmağı bacardı. Marco Rubio, Ted Cruz, Chris Christie, Ben Carson və Jeb Bush kimi namizədləri diz çöktürən Trump, həm öz partiyası daxilindəki müxalifətnən həm də Demokratlarnan mübarizə apardı.

Və Trump’ın hər iki cəbhəyə qarşı qorxmadan apardığı müharibə, onu güclü bir xarakter olaraq tanıtdı. Qalibiyyət yolunda sərgilədiyi bu dayanış, zəfərə gedən yolda əsas rollardan biri oldu.

yaaz.az foto amerika birleshmish shtatlari prezidenti Donald Trump

4. JAMES COMEY TƏSİRİ

FBI Direktoru James Comey, keçən həftələrdə Clinton’un mübahisəli elektron poçtlarını yenidən araşdıracağı ilə bağlı bir açıqlama verdi. Seçkilərə cox az bir müddət qalmış isə yenidən açıqlama verən Direktor, bu araşdırmanı daha sonraya saxladığını bildirdi.

Ancaq yenə də belə bir vaxtda FBI Direktorunun bu şəkildəki açıqlaması insanlarda bir mənalı qarşılanmadı və seçicilərə müəyyən təsirini göstərdi. Və belə bir vaxtda Trump, FBI’ın bu addımını dəyərləndirdi və sözü gedən mübahisəli elektron poçtları əsas gətirərək Clinton’u bu çığır vasitəsi ilə mühakimə etməyə başladı.

yaaz.az foto amerika birleshmish shtatlari prezidenti Donald Trump

5. HİSSLƏRİNƏ GÜVƏNDİ

Trump çox fərqli və az görünən bir seçki kompaniyası sərgilədi. Misal üçün, bir çox namizədlərdən fərqli olaraq Wisconsin və Michigan kimi əsasən az ziyarət olunan ştatlarda da kompaniyalar həyata keçirtdi.

Özündən əvvəlkilərin əksinə daha çox yerdə və uzun müddətli çıxışlar etməyi seçən Trump, yeni bir planı yoxladı, hisslərinə güvəndi və qazandı.

Ən son günə qədər, sorğularda geridə olmasına baxmayaraq, “Mənə inanın, biz qalib olacağıq” deyən Trump, bütün tənqidlərə məhəl qoymadan irəlilədiyi bu uzun seçki kompaniyası yolunda, qalib ola bildi.

yaaz.az foto Amerikanin yeni prezidenti Donald Trump