Siyasət

Trump’ın “Ağ Ev” xəyalı və modern tarixin real faktları

310views

Artıq bütün Amerika inanır ki, Donalt Trump məğlubdur, seçkilər isə hələ qarşıdadır və Trump öz idealogiyasına inamla sarılmaqdadır.

ABŞ’da Noyabr’ın 8’i baş tutacaq Prezident seçkilərindən əvvəl keçirilən son sorğuda Demokrat Hillary Clinton, Respublikaçı Donalt Trump’ı 9 xal geridə qoyub.

Modern tarix isə göstərir ki, belə bir fərqi aradan qaldıra biləcək prezident namizədi olmayıb.

Son sorğu ,Wall Street Journal və NBC Televiziyası tərəfindən həyata keçirilib. İlk nəticələrdə Trump 11 xal geridə olsa da, baş tutan ikinci canlı yayım müzakirəsindən sonra bu fərq 9 xala enib.

_91885630_hi035789262-1

Yaxın keçmişdəki son 3 prezidentlik seçkilərinə nəzər salsaq görərik ki, arada olan bu qədər fərqi bir ay içərisində qaldırmaq mümkün olmayacaq.

2004-cü ildə George W. Bush il’ John Kerry’nin qarşı-qarşya gəldiyi seçkilər öncəsi həyata keçirilən son sorğuda Bush 1.5 xal fərq ilə öndə göstərilirdi. Seçkilər bitdikdə də nəticə Bush’u 2.5 xal fərqi ilə qalib etmişdi.

2008-ci ildə də Demokrat Barack Obama qarşısındakı John McCain, ilk sorğuda 7 xal fərqi ilə Obamadan geridə göstərildi. Burada da əsas seçkilərin nəticəsi ilk sorğudakı kimi 7 xal fərqi ilə Obama’nı Amerika’nın prezidenti etmişdi.

 2012-ci ildə rəqib Mitt Romneyə qarşı ilk sorğuda 0.7 xal öndə olan Obama, əsas seçimdə 3.9 xal fərqi ilə yenidən qalib olmuşdu.

Odur ki son illərin seçki öncəsi və əsas seçki nəticələri göstərir ki, Qalibin adı bir neçə ay öncədən də bəllidir.

Ancaq bütün bu faktlara baxmayaraq Donalt Trump rəqabəti qətiyyən buraxmaq niyyətində deyil.

Belə ki, Pensilvaniyadakı son mitinq çıxışında tərəftarlarına səslənən Trump, nəticənin fərqli olacağını və qalibiyyətin onların tərəfində olacağını söyləyib.

_91886106_battleground_state_poll_turkish_624_v2
Son səs vermələrə əsasən ortalama nəticələr
_91886104_battleground_map624_turkish
13 əyalətdə ən son səs vermə nəticələri