Cihazlar

Torpağa ehtiyac duymadan bitki yetişdirən robot hazırlandı

59views

Son dövrdə yüksələn texnoloji inkişaflara bir yenisi də torpağa ehtiyac duymadan bitki yetişdirən robot oldu.

Texnologiya hər sahədə özünü inkişaf etdirərkən kənd təsərrüfatı sahəsində də texnoloji prosesləri görürük. Xüsusilə suvarma texnologiyaları qismində diqqət çəkən məqamlardan biri də süni günəş işığı ilə bitki yetiştirə bilmək imkanıdır.

İndi isə bir addım daha irəli gedən texnologiya, Nyu-yorkda bir təşəbbüs nəticəsində Eddy adı verilən robot sayəsində torpağa ehtiyac duymadan bitki yetişdirməyi təmin edir. İbtidai məktəb dövründə pambıqda yetişdirdiyimiz lobyaları xatırladan bu inkişaf nəticəsində pambığa da gərək duymadan bitkilər yetişdiriləcək.

Bir yumurta şəkilli quruluşda olan Eddy, bitkinin lazım duyduğu qidaları doğru fasilələr ilə bitkiyə çatdıraraq torpaqdan ala biləcəyi hər şeyi verə bilir. Kənd təsərrüfatı sahəsində torpağa ehtiyac duymadan inkişaf edə bilməsi səbəbiylə indidən 2 milyon dollar investisiya alan Eddy, il sonuna qədər 8 milyon dollarlıq investisiya alması gözlənilir.

Ədədi 180 dollardan satılacağı deyilən Eddy üçün bu il 25 min ədəd satış ediləcəyi bildirilərkən bundan illər sonra torpaqsız mühitdə da bitki yetişdiriciliyinin genişləndiyini və beləliklə, şimaldakı soyuq bölgələrdə ekzotik meyvələrin də rahatlıqla yetişdirilə bilinəcəyi deyilir.