Futbol

Topaz Premyer Liqası: Zirə müvəqqəti liderdir, Kəpəz isə qələbəyə həsrətdir

869views

Bu gün ölkə çempionatının 3cü turunun oyunlarına start verilib. Keçən ilin gümüş mükafatçısı Zira Azalı qəbul edirdi.Gerhard Progninin(2 qol) və Elvin Məmmədovun qollarına Azal yalnız Janelidzenin qolu ilə cavab verə bilib.Oyun Zirənin 3:1 hesablı qələbəsi isə başa çatıb. Zirə müvəqqəti olaraq liderliyə yüksəlib. Turun digər görüşü də bol qollu keçib. Bakının İnter klubu “Şəfa” stadionunda Kəpəzi qəbul edirdi. Bankirlər hesabda 1-2 geri düşməsinə baxmayaraq son dəqiqələrdə Ruslan Abışovun qolu ilə 1 xalı qazanıb. Kəpəz isə ardıcıl 3cü görüşündə də qələbə qazana bilmədi.

Elnur Cəfərov
idman xəbərləri yazarı