Digər İdman

Tokio 2020-ci il Olimpiadasının medalları telefonlardan hazırlanacaq

271views

Artıq dəqiqləşib. Tokio 2020 Olimpiadaları üçün hazırlanacaq olan 5000 medal atılan, köhnə telefonlardan düzəldiləcək.

Olimpiadalar bir ölkə üçün ən böyük idman təşkilatçılığı kimi qəbul edilir. 2020-ci ildə Tokioda baş tutacaq olan Tokio 2020 Olimpiadaları üçün Yaponiya indidən hazırlıqları etməyə başlayıb.
BBC-nin xəbərinə görə, Yaponiya, idmançılara veriləcək olan 5000 ədəd, qızıl, gümüş və bürünc medalları köhnə telefonlar və kiçik ev alətlərinin geri çevirilməsi ilə hazırlanacaq. Bunun üçün 2 ton cihaza ehtiyac var. Bu məsələ ilə bağlı ölkədə köhnə telefon və kiçik ev alətləri bağışlanması kampaniyası başlanılacaq.

Xatırladaq ki, deyilənə görə, 2012 London Olimpiya Oyunlarında medallar üçün 9.6kq qızıl, 1210kq gümüş və 700kq bürünc istifadə edilmişdi.