Maraqlı

Titanik bir bakteriya növü üzündən 20 il sonra tamamilə yox olacaq

Titanik
332views

Elm insanlarının proqnozlarına görə bundan 105 il əvvəl batan və okeanın dibində qalmağa davam edən Titanikin ömrü ən çox 20 ildir.

Xidmətə verildikdə dünyanın ən böyüyü olan ingilis transatlantik gəmisi Titanik, 15 aprel 1912-də etdiyi ilk səfərində bir buzdağına çarpması nəticəsində batmışdı. Yerləşdiyi yeri ancaq 1985-ci ildə müəyyən edilə bilən gəmidəki sərnişinlərin qohumlarına gəminin qaldırılması təklifi təqdim etmiş, lakin o zamanın texnologiyası buna əl vermədiyi üçün həyata keçirilməmişdi.

3 min 750 metr dərinlikdə yatan gəminin iki əsas hissəsindən başqa, aralarında sərnişinlərin şəxsi əşyaları, o cümlədən kömür, mebel, saxsı qab kimi onlarca əşya, orta hesabla 5×5 kilometrlik bir sahəyə saçılmış haldadır. Bunlardan bəziləri çıxarılmış olsa da zamanla gəminin böyük hissələrinin qaldırılmasının mümkünsüz olduğu məlum oldu.

Elm insanları, 1991-də dənizdən çıxarılan kiçik parçaları araşdıranda üzərində davamlı olaraq böyüyən, çox təbəqəli pas və mikroorqanizmlərin yaratdığı bir təbəqə aşkar ediblər. Gəminin ətrafında 24 növ onurğasız və 4 növ balıq yaşayır. Lakin gəminin ən böyük düşməninin daha əvvəl bilinməyən bir bakteriya növünün olduğu və bu səbəblə 20 il ərzində gəminin tamamilə yox olma təhlükəsi yaşadığı ortaya çıxıb. Bakteriyaya, batan gəminin xatirəsini yaşatmaq üçün Halomonas titanicae adının verildiyi qeyd olunub.