MaraqlıTəbiət

Tırtıldan kəpənəyə | Qısa, ancaq rəngli ömür

Kepenekler haqqinda 2017
442views

Dünyada bir dəfəyə ən çox 450-500 ədəd yumurta qoyan canlılardan biri olan ipəkqurdu, yumurtalarını qorumaq üçün çox ağıllı üsuldan istifadə edir.

Beləki, yumurtaları ifraz etdikləri yapışqan maddə ilə iplə bir-birinə bağlayaraq ətrafa dağılmalarına mane olur.

Yumurtadan çıxan tırtıllar ilk iş olaraq özlərinə münasib budaq tapır və daha sonra da eyni iplə oraya bağlanırlar. Sonra inkişaf etmələri üçün ifraz etdikləri bu iplə özlərinə qoza hörməyə başlayırlar.

yaaz.az kepenekler haqqinda 2017

Həyata gözlərini yeni açmış bir tırtılın bu işi etməsi istirahət etmədən 3-4 gün davam edir. Bu müddətdə tırtıl min dəfə fırlanaraq təqribən 900-1500 metr uzunluğunda bir ip çıxarır. Bu proses bitdikdən dərhal sonra heç istirahət etmədən yeni bir işə və gözəl kəpənək olmaq üçün dəyişməyə hazırlaşır.

Kəpənək təbiətin ən sirrli canlılarından biridir. Həyata tırtıl olaraq başlayır, sonra isə həyatına möhtəşəm naxışlara sahib kəpənək olaraq davam edir.

yaaz.az kepenekler haqqinda 2017

Bu kövrək böcəklərin bəziləri cəmi 24 saat, bəziləri isə 1-2 ay ömrə sahib olur.

Araşdırmalara əsasən dünyada təxminən 20.000 kəpənək növü var. Kəpənəklər Antarktika xaric bütün qitələrdə yaşayır.

Böyük ölçülü, canlı olaraq bu günə qədər heç görmədiyimiz böyüklükdə kəpənək növləri var. Dünyadakı ən böyük kəpənək növü nəhəng qanadlı kəpənəklərdir. Qanadlarının uzunluqları 30 santimetrə yaxındır.

yaaz.az kepenekler haqqinda 2017

Kəpənəyin uça bilməsi üçün ideal bədən istiliyinə sahib olması lazımdır. günəşdən bədən istiliklərini artırmaq üçün aldıqları 15-40 dərəcə arası bir istilik kəpənək üçün ən ideal temperaturdur.

Yeməklərini ayaqlarındakı dad qəbul ediciləri ilə dadarlar. Üzərinə qonduqları bir şaftalının tüklərindən nə qədər şirin olduqlarını anlaya bilirlər.

Təcavüzkar olan kəpənək növləri də mövcuddur. Afrikada yaşayan yaşıl damarlı Paşa kəpənəyi növü bilinən ən təcavüzkar kəpənək növdür.

Ginnesin rekordlar kitabına görə dünyanın ən kiçik kəpənək növü Ot mavisi kəpənəyidir.

Təbiətdə zəhərli kəpənəklər də var. Kral kəpənəyi olaraq tanınan kəpənək növü zəhərli ipək otu bitkisi ilə bəsləndiyi üçün kəpənək yeyən quş, kərtənkələ və böcəklər üçün təhlükəli bir ov kimi tanınır.