Dünya

The National Gallery, Matisse’nin əsərini oğurlamaqda günahlandırılır

875views

Londonda yerləşən The National Gallery sənət müzeyində sərgilənən Henri Matisse imzalı portretin sahibinin nəvələri, rəsmin onlara qaytarılması üçün məhkəməyə müraciət ediblər.

Portret, Matisse-nin Greta olaraq tanınan tələbəsi Margarete Moll-a aitdir. Moll-un üç nəvəsi, The National Galery-ni İkinci Dünya Müharibəsi zamanı oğurlandığı bilinən əsəri icazəsiz sərgiləməkdə günahlandırır.

Portretin özlərinə aid olduğunu bildirən Oliver Williams, Margarete Green ve Iris Filmer, bu həftə New York-da məhkəməyə müraciət ediblər. Əgər rəsm geri qaytarılmazsa əvəzində 30 milyon dollar istədiklərini bildiriblər.

Nəvələrin vəkili Rowland Reuters müsahibə verərək ” Bu əsər onlara nənələrindəm qalma bir mirasdır. Oğurlanmış əsərlərin müzeydə sərgilənməsi, istər əxlaqi istərsə də qanunən düzgün deyil” deyə bildirib.

The National Gallery isə portretin qanuni səədlərinə sahib olduqlarını və bu səbəbdan də sərgiləmə haqqlarının yalnız özlərində olduğunu bildirib.