Sağlamlıq

Texaslı balaca dünyaya 2 dəfə gəldi

243views

ABŞ’ın Texas ştatının Lewisville şəhərində yaşayan Margaret Boemer, hamiləliyinin 16-cı həftəsində bətnindəki uşağın onurğa iliyində şiş olduğunu öyrəndi.

Bu zaman həkimlər, hamiləliyi sonlandırmağı məsləhət görsələr də ailə buna razı olmadı. Bu səbəbdən müalicə fikri ön plana keçdi.

Boemer CNN kanalında verdiyi müsahibədə, “23-cü həftədə şiş ürəyi artıq sıxmağa başlamışdı. Belə davam etmək isə mümkün deyildi, ya şişin bütün bədəni ələ keçirməsinə razı olamlı idik  ya da onun yaşaması üçün nə isə etməliydik. Qərar qəbul etmək isə bizim üçün asan oldu: Onu həyatda tuta biləcək bir yolu seçdik.”

Beləliklə həkimlər uşağı ana bətnindən götürərək, şişi təmizlədikdən sonra yenidən bətnə geri qoya biləcəkləri bir əməliyyat həyata keçirtməyi qərara aldılar. Əməliyyat vaxtı Lynlee adındakı balaca sadəcə 500 qram ağırlığında idi. Şişin ağırlığı da demək olar ki, bir o qədər idi.

stream_img

Əməliyyat keçirildiyi vaxtda isə Lynleenin ürəyi dayandı, ancaq ürək mütəxəssisi balacannı yenidən həyata qaytara bildi və şişin də böyük hissəsi bədəndən təmizləndi.

Təxminən 20 dəqiqə davam edən əməliyyatın ardından uşaq yenidən ana bətninə yerləşdirildi.

Boemer doğum müddətinə qədər olan 12 həftəni yataq şəraitində keçirtdi və Lynlee 6 iyunda keysəriyyə yolu ilə yenidən dünyaya gəldi.

Lynlee səkkiznci günündə yenidən əməliyyat olundu və şişin qalan hissəsi də bədəndən tamami ilə təmizləndi.

Artıq Lynlee sağlam bir şəkildə həyatına davam etməkdədir.

yaaz.az photo

margaret-boemer-1-1024x682