Avtomobil

Tesla avtomobillərində gözlənilməz köklü dəyişiklik

284views

‘Elektrikli Avtomobil’ istehsal edən Tesla şirkəti bundan sonrakı bütün yeni avtomobillərini avto idarəetmə (sürücüsüz) sistemi ilə istehsal edəcəyini açıqlayıb.

Tesla şirkətinin qurucusu Elon Musk, avtomobilin təchizatını “Avtomobil içərisində güclü kompüter” şəklində izah edib. Sürücüsüz avtomobillərin yollarda fəaliyyətə nə zaman başlayacağı isə hələki şirkət idarəçiləri tərəfindən dəqiq olaraq təyin edilməyib.

Hələki yaradılan yeni avtomobillər bir müddət test ediləcək, hansı məqamlarda çətinliyin olduğunu və qəzaların qarşısını almaq mövzusunda ilkin nəticələrə əsasən məlumat toplamaqda şirkətə köməklik edəcək.

Musk, Tesla’nın bir gün sürücüsüz avtomobil texnologiyasının, sükan arxasındakı insanlardan daha güvənli olduğu ilə bağlı yeni kəşflər edəcəyinə inandığını söyləyib.

1024_2000-273

Qeyd edək ki, Tesla’nın S və X modellərində tətbiq olunan avtopilot sistemi yollarda avtomobillərin hərəkət etmə sürətini müəyyən etmə gücünə sahibdir. Anacaq Teslanın S modelində maşınını avtopilot sistemi ilə idarə edən bir nəfər, May ayında qəza törətmiş və nəticədə həyatını itirmişdi.

Bu səpgili xəbərlərə qarşı isə Tesla rəhbəri Musk, hər il sürücülü avtomobil qəzalarında 1.2 milyon insanın həyatını itirdiyini söyləyib.

Bir çox mütəxəssislər isə, texnologiya sahəsində belə köklü şəkildə dyişikliklər edən şirkətlərə qarşı bu şəkildə mənfi xəbərlərin yayılmasının normal olduğunu bildirir.

Xatırladaq ki, Tesla’nın ən sadə modelinin qiyməti 35 min dollardan başlayır və batareya gücü 346 km’ə bərabərdir.