İnternet

Terror təbliğatına qarşı birgə mübarizə aparacaqlar

224views

Facebook, Microsoft, Twitter və YouTube, internetdə yayılan və ‘terror təbliğatı’ olaraq qəbul edilən məzmunlara maneə olmaq üçün birlikdə hərəkət etmə qərarı alıblar.

Bazar ertəsi günü açıqlanan plana görə rəqəmsal ‘barmaq izlərindən’ ibarət bazadan istifadə edərək, ‘terror təbliğatı’ məzmunlu videolar və fotoşəkillər müəyyən olunacaq və şirkətlərin bunları internetdən silməsini asanlaşdıracaq.

Planın texniki tərəfləri hələki inkişaf mərhələsindədir. Ancaq Microsoft’un daha əvvəl uşaq pornoqrafiyasına aid məlumatları internetdən silmək üçün istifadə etdiyi üsuldan yararlanacağı bildirlir.

yaaz.az youtube, facebook, twitter and microsoft

Şirkətlər, ortaqlıqlarını açıqlayarkən aralarında razılaşaraq, “Ən radikal və qorxunc terror görüntülərini göstərən fotoşəkillər və videolar, qanunlarımızı açıq şəkildə pozan məlumatlar silinəcək” deyə bildiriblər.

Bu tip məlumatlar şirkətlərdən hər hansı birinin səhifəsində paylaşıldığında, digər şirkətlər də rəqəmsal barmaq izləri sayəsində eyni məlumatı asanca təsbit edə biləcəklərr.

Şirkətlərin yaradılan bu yeni layihənin tətbiqinə 2017-ci ildən başlayacağı gözlənilir.