İnternetMobil

‘Telefonla şəkilləri necə redaktə edə bilərəm?’ deyirsinizsə, bu 9 tətbiq sizin üçündür

406views

Demək olar ki, hər kəsdə ağıllı telefonlar var. Bəs niyə Instagram fenomenləri kimi fotoşəkil çəkə bilmirik? Bəlkə qabiliyyətsizik? Əlbəttə ki, xeyr!

Bir çox Instagram fenomeni, çəkdikləri fotoşəkilləri dəqiqələrlə redaktə edib daha sonra yükləyirlər, bəs hansı proqramlarla deyirsinizsə, aşağıda qeyd olunan tətbiqlərə baxa bilərsiniz:

1. FaceTune

Proqramın xüsusiyyətləri o qədər çoxdur ki, ümumi olaraq informasiya verməli olsaq, üz formanızı, almacıq sümüklərinizi və qaşlarınızı, burnunuzu, dərinizi, dəri ləkələrinizi və ya izlərinizi çox asan bir şəkildə düzəldə və aradan qaldıra bilərsiniz. Ayrıca üzünüzə bu proqramla makiyaj edə bilər hətta göz rənginizi belə dəyişdirə bilərsiniz. Ayrıca arxa planı bulanıqlaşdırıb özünüzü əsas plana gətirmə xüsusiyyəti də mövcuddur. Proqramda fərqli filtrlər də var. Selfie çəkməyi sevirsinizsə bu proqram tam da ehtiyacınız olan tətbiqdir.

8571img_20503-600x532

2. Glitch

Olduqca maraqlı olan bu proqram digital bir çərçivədə şəkillərinizi təqdim etmənizə imkan təmin edir, arzu etsəniz fotolarınızı hərəkətli bir gif halına gətirə bilirsiniz. Tərkibindəki effektlər başqa heç bir proqramda yoxdur. Dənəli gif, 3 ölçülü şəkil, köhnə televiziya ekranı şəklində filtrləri də vardır.

glitche

3. VSCO

Vsco ilə şəkillərinizi rəng şkalasına görə filtrləmə edə bilərsiniz. Əlavə filtr paketləri alaraq fotolarınızın toxumasını da dəyişdirə bilərsiniz. Vintage bir effekt istəsəniz gren əlavə edə bilərsiniz. Əgər fotoşəkil həvəskarısınızsa bu proqram qətiliklə telefonunuzda olmalıdır.

vsco-cam-screen-0913-01-600x519

4. Mextures

Bu tətbiqdə 150-dən çox filtr var. Birdən çox filtr tətbiq edə ya da öz filtrlərinizi yarada bilərsiniz.

best-iphone-photo-editing-apps-2016-2

5. Phhhoto

Gif çəkmə xüsusiyyəti olan bu proqram eyni zamanda bir sosial paylaşım saytıdır. Boomerang’ın əksinə təxminən 80 dənə filtri olan bu proqramın filtrləri olduqca maraqlıdır. Balıq gözü, su damlaları, tərsinə rənglər, dalğalanmalar və analoq fotoşəkillərdəki burning effekti kimi bir çox növü var.

phhhoto-3-600x537

6. ProCam 4

Gecə rejimi, yavaş çəkim rejimi, titrəmə çəkilişi və selfie timer olan bu proqramda istəsəniz ağır çəkiliş də edə bilərsiniz. Bu proqramla ISO nizamına nəzarət edərək fotolarınıza nə qədər işıq verəcəyinizi nizamlaya bilərsiniz. Ayrıca bu proqramda balıq gözü, əyilmiş keçid, makro, intonasiya kimi 17 ədəd linza da var. Yüksək keyfiyyətli videolar çəkmək üçün də ideal olan bu proqram bütün istəklərinizi qarşılayacaq.

procam-2-sound-activated-iphone-camera-app-600x348

7. Living Planet

Olduqca maraqlı olan bu şəkil proqramı, çəkdiyiniz kadrı bir planetə çevirir! Fotoşəkili müəyyən bucaqlardan bükərək yuvarlaq edən bu proqram 360 dərəcə çəkiliş etməsi sayəsində bu fotoşəkilləri çəkə bilir. Eyni zamanda video qeyd xüsusiyyəti də vardır.

sc1024x768-450x600

8. Enlight

Bu proqramda fotoşəkildəki bütün rənglərin ton fərqini seçə bilirsiniz. Rəng keçidlərini istədiyinizdə edə bilər və retro hissi yaratmaq üçün fotoşəkilə işıq effekti əlavə edə bilərsiniz. Fotoşəkildəki obyektləri kiçildib yenidən ölçü verə bilirsiniz. Double Exosure üsuluyla birlikdə fotoşəkilin üzərinə bir fotoşəkil daha əlavə edə bilərsiniz.

enlight-app-iphone-17