Konsert

Tarkan’ın Amerikadakı konsertinə bilet tapılmır

683views

Tarkan yenə qaydalarını pozmadı.

Megastar Tarkan, 2-3 və 5 martda ABŞ-da konsert verəcək.

Rihanna və Jennifer Lopezin də səhnə aldığı dünyanın ən öndə gedən salonlarında, 2-3 martda Nyu-Yorkdakı Hammerstein konsert salonunda, 5 martda isə Los Ancelesdəki The Novo by Microsoft-da konsert verəcək olan Tarkanın biletləri günlər öncəsindən tükəndiyi bildirilir.

2 martdakı konsertə bilet qalmadığı, digər konsertlərin də biletlərinin tükənmək üzrə olduğu deyilib.

Qiyməti 104-165 dollar arasında dəyişən biletlərə ifaçının Amerikalı və Cənubi Amerikalı sevənləri də böyük maraq göstərməkdədirlər.