Cihazlar

Tarixin ən yaxşısı ola bilər: “R1 Robot”

233views

İtaliyanın Texnologiya Universiteti yaratdığı yeni insan robotunu mediaya tanıdıb.

R1 adı verilən robot,elm adamları,mühəndislər və texniklərin yaratdığı 20 nəfərlik bir qrup tərəfindən ərsəyə gətirilib. Robotun yaradıcıları R1-in bu günə qədər yaradılan ən yaxşı insan robotu ola biləcəyini fikirləşirlər.

Yaradıcı komandanın rəhbəri Giorgio Metta-dır.

Giorgio Metta ” R1 robotu bir növ insan xidmətçisi fukusiyasını daşıyacaq. Bu robotu yaradarkən istehlakçıları düşündük və qiymətinin mümkün qədər uyğun olmasına çalışdıq. Ev və iş yerlərində istifadə oluna bilər. Hesab edin ki,əlil insanlara kömək edə bilər. Bəlkə də gələcəkdə bir çox insan R1 robotundan fərqli sahələrdə geniş istifadə edəcəklər ”

R1 insan robotu 125 sm uzunluğundadır və özünü 20 dəfə daha uzada bilir. Təxminən 50 kq çəkisi olan robotun yarısı plastik,yarı hissəsi isə metaldan ibarətdir.

Marco Randazzo (qrupun üzvü) ” Xarici görünüş olaraq dizaynı bitirmişik. Hal hazırda proqramlaşdırma mərhələsindəyik. Robotun uzağdan idarə sistemini inkişaf etdirmək istəyirik. Robota yerləşdirilən kamera vasitəsi ilə insanlar istədiklərini görə biləcək. Yaxın bir zamanda isə cihaz insan səsi ilə də idarə edilə biləcək. Bütün bunlar üzərində çalışmaqdayıq.

Evlərdə istifadə oluna biləcək robotun qiyməti 1000 euro (1837 azn) olaraq düşünülür.