FenomenŞəbəkə

Taleh Yüzbəyov’dan yeni video ‘Dırnaqarası Jurnalist’

Taleh Yüzbəyov
155views

Tanınmış video bloqer Taleh Yüzbəyov yeni videosunu təqdim edib.

Xatırlarsanız Taleh Yüzbəyov haqqında daha öncə də paylaşım etmişdik. Fevral ayında təqdim olunan Bomba Sosial Media Mükafatlandırmasında ‘İlin Video bloqeri’ seçilən Taleh, maraqlı və düşündürücü videoları ilə son zamanların ən diqqət çəkən bloqeri olduğunu deyə bilərik. Onun son olaraq təqdim etdiyi video isə yalançı jurnalistikaya həsr edilib. Bildiyimiz kimi bir çox saytlar gündəlik ziyarətçi sayını artırmaq məqsədi ilə bilərəkdən müxtəlif başlıqlardan istifadə etməkdədir və bu hal cəmiyyətdə, həmçinin sosial şəbəkələrdə birmənalı olaraq qarşılanmır və bunu nəzərə alan Taleh, məsələyə olduqca maraqlı yanaşma edib. Aşağıdakı videoda siz Taleh Yüzbəyovun yeni videosunu izləyə bilərsiniz.

Taleh Yüzbəyov: ‘Bu video xəbər saytına xəbər yazmaqla özünə Jurnalist deyib, ağzına gələni yazanlara həsr olunur. Əsl Jurnalistlərdən iraq.’