Maraqlı

Tərif aldıqda bədən diliniz necə dəyişir görmək istəyirsiniz?

43views

Gəlin bunu qəbul edək ki, bəyənilmək hamımızın xoşuna gəlir.

Təbii, hərəkətin baş verdiyi şərait, o andakı duyğu vəziyyəti və ən önəmlisi kompliment edən adama görə də reaksiyalarımız dəyişir. Xüsusilə gözləmədiyimiz zamanlarda aldığımız bəyənmələr “Bu incəliyin arxasından nə gələcək?” deyə düşünməmizə səbəb olur.

Çikaqoda yaşayan 18 yaşındakı bir lisey şagirdi insanlara “gözəlsən” deyildiyində jest, mimika və bədən dilinin necə dəyişdiyini anlamaq üçün sosial bir təcrübə aparmağa qərar verir və insanlardan kamerasına poza vermələrini istəyir. Gənc bu sırada onlara “Mən yalnız gözəl tapdığım şeylərin fotoşəkilini çəkirəm deyir.”

İnsanlar isə təbii ki, bu sözə qeydsiz qala bilmirlər. Youtube vasitəçiliyi ilə videosunu paylaşan gənc qız videoya bu notları əlavə edib: “Belə çəkilişlər etmək istəyərkən birdən proyektim sosial təcrübəyə çevrildi. Məqsədim insanların nə reaksiya verəcəyini görmək deyildi. Mən həqiqətən gözəl tapdığım şeylərin fotoşəkilini çəkirdim və ortaya bu nəticələr çıxdı.”0ce1854d9

3677cf018

e8099ae66

5109b4617

7b7b8f125

17dd9c722

 

Son olaraq, bu gün okyabr ayının ilk Cümə günüdür, yəni “Ümumdünya Təbəssüm Günü”dür. Dünya hər il oktyabrın ilk cümə günündə bu günü qeyd edir. Beynəlxalq Təbəssüm Günüdə “Xeyirxah iş gör!” “Kiməsə gülməyə kömək et!” əsas şüarlardır. Bu gün münasibəti ilə hər birinizi təbrik edir və üzünüzdə daim təbəssüm olmasını arzulayırıq.

32f89d004