Sağlamlıq

Tənbəllikdən ildə 5 milyon insan həyatını itirir

401views

İtaliyanın paytaxtı Roma şəhərində təşkil edilən Avropa Kardioloji Dərnəyi (ESC) konqresində təqdim olunan hesabata görə, ildə 5 milyon insan hərəkətsiz yaşam tərzinin yaratdığı ürək-damar xəstəlikləri səbəbindən həyatını itirir.

Gəlinən nəticəyə əsasən, idmanla meşğuliyyət əksikliyi dünya daxilində ildə 5 milyondan cox insanın ölümünə və tək Avropada 80 milyard euro’dan cox sağlıq xərclərinə gətirib çıxardır

Konqresdə yetişkin insanların həftədə ən az 150 dəqiqə idmanla məşğul olması tövsiyə olundu. Fiziki olaraq aktiv olan insanların ürək-damar xəstəliyindən ölmə riskinin olduqca az olduğu və bunun araşdırmalarda da özünü göstərdiyi bildirildi.

Norveç Trondheim Elm və Texnologiya Universiteti’nin araşdırmasına görə gəzinti,üzgüçülük,rəqs və velosiped sürmə kimi fiziki işlərlə məşğul olanların ürək-damar xəstəliklərindən ölmə risqi kişilərdə 17 %, qadınlarda isə 23 %-dir

Aaraşdırma, yaşı 65-dən çox olan insanların həftədə 4 saat orta seviyyədə fiziki fəaliyyətlə məşğul olaraq, ürək-damar xəstəliklərindən ölmə risqini yarı-yarıya azalda biləcəyini göstərdi.

Finlandiya Oulu Universitetinin 2500 insan üzərində 12 il boyunca həyata keçirdiyi araşdırmaya görə isə, bağ işləri ilə məşğul olmaq,balıq tutmaq,gəzmək ya da velosiped sürmək kimi yumşaq-orta səviyyəli məşğuliyyətlər belə ürəyi qoruyur.