Sağlamlıq

Tənbəllik, ciddi sağlamlıq problemlərinə yol açır

249views

Aparılan araşdırma, eynilə siqaret çəkmək, ya da həddindən artıq spirtli içki içmək kimi, tənbəl olmağın, çox yatmağın və həmçinin az yatmağın da bir risk faktoru ola biləcəyini ortaya qoyub.

Tədqiqatçılar ölüm ehtimalını, iştirakçıların siqaret çəkmə, alkoqol istifadə etmə, pəhriz, fiziki tənbəllik, yuxu və məşqlər vərdişi kimi altı fərqli həyat tərzi seçkilərinə əsaslanaraq hesablayıblar. Araşdırmanın da qeyd etdiyi kimi tənbəl həyat tərzi sizin üçün olduqca pisdir, ancaq bunu həddən artıq içki və siqaret istifadə etməklə də üstləsək, ölüm riski, sağlam bir şəkildə yaşayan birinə müqayisədə beş dəfə daha yüksək olacaq. 7 saatdan az yatmağın, ya da 9 saatdan daha çox yatmağın hər ikisi də həmçinin risk amilidir.

Araşdırma zamanı siqaret istifadə edən insanlar üçün ölüm ehtimalını 90 faiz daha da çox hala gətirən siqaret, hər zaman olduğu kimi ən böyük risk amili olaraq görülüb. Siyahıda eyni zamanda həddən artıq içki istifadəsinin də olduğunu düşünəndə, bu altı fərqli həyat tərzi seçkilərindən ən böyük ikinci risk faktoru isə məşq etməməkdir.

Araşdırmanın qeyd etdiyi kimi tənbəl olmaq şiddətli sağlamlıq problemlərinə yol açır. Tarixdə ilk dəfə eşidilmiş olan insanların yoluxucu xəstəliklərdən ölməsindən çox yoluxucu olmayan xəstəliklərdən ölməsi barədəki məlumatlar artıq artmaqdadır. Ürək-damar xəstəliyi, xərçəng, diabet və digər yoluxucu olmayan xəstəliklərin 63%-i illik ölüm nisbətlərində təsirlidir. Sağlam qidalanmaq və idman etmək kimi mühüm bir həyat stili, diabet, ürək xəstəliyi və ya bəzi xərçəng xəstəliklərinə tutulma riskini azaldır.